Ərzaq idxalında KƏSKİN ARTIM – Qidaların əsas hissəsi niyə xaricdən ALINIR?

Son 5 ildə ölkəmizə idxal olunan ərzaq məhsulların həcmi sürətlə artır. Rəsmi məlumatlara görə ötən il ölkəyə 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da, 2023-də qeydə alınan analoji göstəricidən 315 milyon dollar çox deməkdir.

Ümumiyyətlə, 2024-də idxalı artan məhsullar sırasında ət dəyəri 86.7 milyon dollardan 129.6 milyon dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar 92.4 milyon dollardan 173.6 milyon dollara, meyvə-tərəvəz 230 milyon dollardan 282 milyon dollara, düyü 50.1 milyon dollardan 66.1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağlar isə 184 milyon dollardan 226.5 milyon dollaradək yüksəlib.

Bəs, bu tendensiya hansı risklər yaradır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycandakı ərzaq məhsullarının 70-75 faizi idxal edilir:

“Bu tendensiya uzun zamandır davam edir və xaricdən alınan ərzaq məhsullarına ödənilən valyutanın həcmi ilbəil artır.
 

Bu da onunla bağlıdır ki, yerli tələbat təbii resurslar hesabına ödənilmədikdə xaricdən asılılıq yaranır. Bunun ərzaq təhlükəsizliyi ilə birbaşa əlaqəsi yoxdur. Bilirsiniz ki, ərzaq təhlükəsizlik konsepsiyasının əsasını buğda təşkil edir. Burada da vəziyyət nisbətən yaxşıdır. Çünki ölkədəki taxıl anbarlarında bir qayda olaraq 280 günlük ərzaqlıq buğda ehtiyatı saxlanılır. Bu mənada müəyyən dərəcədə sığortamız var.


Digər tərəfdənsə əhalinin ərzaq məhsullarına olan ehtiyacının 70-75 faizinin idxal hesabına ödənilməsi kifayətqədər narahatedici və təhlükəli məsələdir. Bu ilk növbədə bahalaşmaya yol açır. İkinci tərəfdənsə külli miqdarda valyuta xaricə axır və ən nəhayət yerli istehsal boğulur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

End of content

No more pages to load

RADİO