Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Kəllə sümüyündə yerləşən beynin kiçik bir bölgəsi olan beyinciyin qeyri-bərabər qocalması, bəzi insanların dərin qocalıq çağlarına qədər yaxşı yaddaş və çevik təfəkkür qoruyub saxlamasının, digərlərinin isə idrak (koqnitiv) qabiliyyətlərinin nəzərəçarpacaq dərəcədə zəifləməsi ilə üzləşməsinin səbəbini qismən izah edə bilər.

Bizim.Media xəbər verir ki, "Nature Neuroscience" jurnalında dərc olunan araşdırma bunu sübut edir.
 

Beyincik ənənəvi olaraq hərəkətlərin koordinasiyası, müvazinətin saxlanılması və incə motorika ilə əlaqələndirilir. Lakin o, beyindəki neyronların böyük hissəsini özündə cəmləşdirir və tədqiqatçılar getdikcə bu strukturun təfəkkür və yaddaşda da mühüm rol oynadığından şübhələnirlər.


Neyrobioloqlar 700-dən çox sağlam amerikalının beyin tomoqrafiyasını və koqnitiv testlərinin nəticələrini təhlil ediblər.

Daha sonra onlar beyinciyi 11 fərqli nahiyəyə bölərək yaşla bağlı onların həcminin necə dəyişdiyini qiymətləndiriblər.

"Məlum oldu ki, beyincik eyni dərəcədə qocalmır. Onun mürəkkəb koqnitiv funksiyalarla bağlı olan arxa hissələri, əsasən hərəkətlərə cavabdeh olan ön nahiyələrinə nisbətən daha sürətlə kiçilir", - alimlər bildiriblər.

Bundan əlavə, yaşlı nəslin nümayəndələri arasında beyinciyi daha böyük olan şəxslər, bu strukturun həcmi kiçik olan iştirakçılara nisbətən yaddaş və təfəkkür testlərini daha yaxşı yerinə yetiriblər. Bənzər qanunauyğunluq böyük tibbi məlumat bazalarından götürülmüş təxminən 47 min nəfərin datası əsasında da təsdiqlənib.
 

Alzaymer xəstəliyindən əziyyət çəkən pasiyentlərdə isə xəstəlik irəlilədikcə bu qoruyucu effekt tədricən yox olur. Tədqiqat müəlliflərinin fikrincə, beyincik özünəməxsus bir "koqnitiv ehtiyat" rolunu oynayaraq beynin öz funksiyalarını daha uzun müddət qoruyub saxlamasına kömək edə bilər.


Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma yalnız beyinciyin ölçüsü ilə koqnitiv sağlamlıq arasındakı əlaqəni üzə çıxarıb. Böyük beyinciyin beynin daha gec qocalmasının birbaşa səbəbi, yoxsa sadəcə bərabər gedən amillərdən biri olduğu hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Ayxan Mirzəzadə Avropa çempionu oldu

End of content

No more pages to load

RADİO