Əli Mirəliyevin var-dövləti üzə çıxdı: “İki bağ, Türkiyədə ev, Bakının mərkəzində...”

“Tək-tənha oturmuşam Mərdəkanda. Qızımın evi ayrı, yoldaşımın evi ayrı, oğlumun evi ayrıdır.

Hamısı bir rayonda, şəhərin mərkəzində yaşayırlar. Vaxtında toya gedib onlar üçün gün ağlamışam, ev almışam. İndiki pulla mən ev ala bilərdim? Mərdəkanda və Nardaranda iki bağım, Türkiyədə bir evim var. O ki, qaldı bayrama.. Bayramı heç hiss etmədim. Bilmədim ki, necə oldu, necə olmadı?

Evdən bayıra çıxmıram. Keçmişdə gedib gəlirdik ora-bura. İndi kim kimin evinə qonaq gedir ki? Vallah mən görmürəm. Qonaq gedib-gəlmək qaldı o illərdə. Yüz cür adət var idi. O bayram ki, biz keçirmişik, onu görmədim”.

Bizim.Media xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

O daha sonra əlavə edib:

“Bəzən mənə deyirlər ki, get yenidən səsyazma studiyasında mahnı yazdır. Qətiyyən etmərəm. İndi düzgün oxumaq heç kimə lazım deyil. Bu gün ancaq geydirmə oxuyanlar var. Onları da hamınız tanıyırsız, bilirsiz, görürsüz. Habil Əliyev düz deyir ki, öləndən sonra adamı o qədər tərifləyirlər ki, adamın ölməyi gəlir. Mən nə qədər sağam bunu görməyəcəm. Sizlər sağ olsanız görəcəksiniz. Biz vaxtımızda getdiyimiz toyları öz toyumuz, qohum-əqrabamızın toyu kimi bilirdik. Orada abırsızlıq, həyasızlıq edə bilməzdik. İndikilər biyabırçılıq edirlər.

Mənim haqqımda deyirlər ki, guya danışmağımla yadda qalmışam. Bu sözü deyənlər əsl müğənni deyillər. Əsl müğənni olsaydılar bu sözü deməzdilər. Onlar qalmaqalla, bir-birinin ailəsinə söz atmaqla gündəmdə qalırlar. Belə oxumaq olar? Bu abırsızlıqdır” deyə müğənni bildirib.

Əli Mirəliyev xalq artisti Aygün Kazımovanın kinostudiya görkəmində villa tikdirməsinə də münasibət bildirib:

“Onlar mənim gözümdə nə oxuyan deyillər, nə də xalq artisti. Özfəaliyyət səviyyəsində olan insanlardır. Camaatın heç yaşamağa başında damı yoxdur, o geyimləri üçün ev tikdirir. Bu artıq qudurğanlıqdır. Müvəfəqiyyətdən başları gicəllənir. Onlar unudublar ki, Allah verir, Allah da alır” deyə müğənni bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

Azərbaycanda çox evdə olan bu samovar və xalçaları 10 min dollara alırlar— FOTO

Azərbaycanda çox evdə olan bu samovar və xalçaları 10 min dollara alırlar— FOTO

Hörmüz böhranına belə çarə tapdılar

Hörmüz böhranına belə çarə tapdılar

Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 14.00-dək...

Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ Saat 14.00-dək...

Avro və rubl ucuzlaşdı – Dollar isə...

Avro və rubl ucuzlaşdı – Dollar isə...

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

“Ana-atamı yaxşı tanımamışam”

“Ana-atamı yaxşı tanımamışam”

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

BİZİM TƏQVİM:Mayın 14-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 14-də baş vermiş tarixi hadisələr

Sərvətə zəmanət verən dörd doğum TARİXİ

Sərvətə zəmanət verən dörd doğum TARİXİ

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

End of content

No more pages to load

RADİO