BİZİM TƏQVİM:Mayın 14-də baş vermiş tarixi hadisələr

2011-ci ilinbu günündə Almaniyanın Düsseldorf şəhərində “Espit Arena”sında 56-cı “Eurovision” yarışmasının final mərhələsi keçirilib. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal dueti müsabiqədə qalib gəlib.

Bəs, mayın 14-də dünyada daha hansı hadisələr baş verib?

1. 14 may 1796-ci ildə ingilis cərrah Edvard Cenner ilk çiçək peyvəndini həyata keçirdi.

2. 14 may 1805-ci ildə Qarabağ xanlığının qurucusu Pənahəli xanın varisi İbrahimxəlil xan Rusiya imperiyasına təslim olur.

3. 14 may 1863-cü ildə  ABŞ-da vətəndaş müharibəsi-: Cekson müharibəsi baş verdi.

4. 14 may 1911-ci ildə Parisin Luvr muzeyindən Mona Lizanın portreti oğurlanıb. Portret 2 il sonra təsadüfən Florensiyada tapılıb. Oğurluğa görə saxlanılan Vinçentso Perudjiya İtaliyadan Napoleon tərəfindən aparılan əsəri geri qaytarmaq istədiyini bildirmişdi.

5. 1918-ci il mayın 14-də Osmanlı (Türkiyə) ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edən Xəlil Menteşe Bakı istiqamətində hərəkət edən ingilis ordusuna qarşı Osmanlı qoşunlarının Transqafqaza buraxılması haqqında Zaqafqaziya seyminə nota verdi.
 

Eyni zamanda da Azərbaycan nümayəndələri Bakı Xalq Komissarları Sovet qoşunlarının Gəncə istiqamətində hərəkət etməsinin qarşısını almaq üçün türk qoşunlarının Tranqafqaz ərazisindən keçməsinə razılıq verilməsini tələb etdilər. O vaxt Batum konfransı nümayənsələri arasında fikir ayrılığı olmasına baxmayaraq, Türkiyə (Osmanlı) qoşun hissələri Transqafqaza daxil ola bildi.


6. 14 may 1948-ci ildə İsrail dövləti qurulub. 1947-ci il noyabrın 29-da BMT Baş Assambleyasının qərarına əsasən, Böyük Britaniyanın mandatı altında olan Fələstin ərazisi iki müstəqil ölkəyə - ərəb və yəhudi dövlətlərinə parçalandı, Qüds isə BMT-nin idarəsi altında nüstəqil inzibati vahidə ayrıldı və şəhərə xüsusi beynəlxalq status verildi.

İngilislərin Fələstin torpaqlarından çəkilməsindən sonra Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası 1948-ci il mayın 14-də müstəqil İsrail dövlətinin qurulduğunu elan etdi. Lakin fələstinlilər bununla razılaşmayaraq İsraillə silahlı mübarizəyə başladılar. Bu münaqişə indiyədək davam etməkdədir.

7. 14 may 1973-cü ildə ABŞ-ın ilk kosmos stansiyası “Skylab”dan fəzaya raket buraxıldı.

8. 14 may 1955-ci ildə Kommunist blokuna daxil olan 8 ölkəni birləşdirən hərbi ittifaq — Varşava Müqaviləsi Təşkilatı yarandı.

9. 14 may 2002-ci ildə Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Müqavilə imzalanıb. Müqavilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il 24 avqust tarixli Sərəncamı ilə qüvvəyə minib.

13 may tarixində bu şəxsiyyətlər xatırlanır:

1. 14 may  1836-cı ildə şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynits 1836-cı ilin 14 mayında Praqada dünyaya gəlib. 47 yaşından Amerika Birləşmiş Ştatlarında yaşayan Vilhelm 3 il sonra - 1886-cı ildə dünya çempionu adı uğrunda həlledici matçda Tsukertorta qalib gələrək şahmat tacına sahib olub və bu adı üzərində 8 il daşıyıb. O, həm də şahmat oyununun bir sıra mövqelərini nəzəri cəhətdən əsaslandırıb. Vilhelm Steynits 1894-cü ildə dünya çempionu adı uğrunda növbəti yarışda Emmanuel Lakerə uduzub. (1836-1900)

2. Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti Bəhram Mansurov 14 may 1985-ci ildə Bakıda vəfat edib.

3. Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR EA akademiki, Azərbaycan SSR əməkdar elm xadimi Şamil Əzizbəyov 14 may 1976-cı ildə vəfat edib.
 

4. 14 may 1930-cu ildə görkəmli ədəbiyyatşünas, Azərbaycan SSR Əməkdar Elm Xadimi, akademik Bəkir Nəbiyevin doğum günü (1930-2012). Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentinin Fəxri diplomu, SSRİ-nin "Xalqlar dostluğu" və Azərbaycanın "Şöhrət"  ordenləri ilə təltif edilib.


5. 14 may 1992-ci ildə Azərbaycan hərbçisi Milli Qəhrəman Qasım Rzayev şəhidlik zirvəsinə ucalıb.

6. 14 may 1997-ci ildə məşhur rus aktyoru, kloun Yuri Nikulin ürək əməliyyatından sonra vəfat edib (1921-1997). Nikulin bir çox sevilən filmlərdə maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilən "Brilyant əl", "12 stul", "Quldur qocalar", "Qafqaz əsiri", "I" əməliyyatı və Şurikin başqa macəraları" və digər kinokomediyalar məşhurluq qazanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

“Ana-atamı yaxşı tanımamışam”

“Ana-atamı yaxşı tanımamışam”

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

BİZİM TƏQVİM:Mayın 14-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 14-də baş vermiş tarixi hadisələr

Sərvətə zəmanət verən dörd doğum TARİXİ

Sərvətə zəmanət verən dörd doğum TARİXİ

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

End of content

No more pages to load

RADİO