Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən görüş başa çatıb.
Bizim.Media Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, danışıqlar Böyük Xalq Yığıncaqları Zalında baş tutub.
Görüşdə "Tesla" və "Apple" də daxil olmaqla, ABŞ-nin bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib.
Məlumata görə, danışıqlar iki saatdan bir qədər çox davam edib.
Bizim.Media