Lənkəranskini bıçaqlayanı belə öldürüblər - YENİ TƏFƏRRÜAT - FOTO

Xəbər verdiyimiz kimi, Tiflisdə kriminal aləmdə Suxumi qrupluşmasının lideri kimi tanınan “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levan Canqveladze öldürülüb. Məlumatla görə, ona 9 güllə vurulub. Levan illərdir ki, Suxumi klanında əsas rol oynayırdı və onun “beyin mərkəzi” hesab olunurdu.

Bizim.Media xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub. Bəlli olub ki, Levan uzun müddət imiş yalnız mühafizəçilərlə hərəkət edib və harada olması barədə yerini açıqlamayıb. Bir ay əvvəl o, Moskvada olub, orada görüşlər keçirib.

Tiflisə isə vəfat edən yaxın dostu ilə vidalaşmaq üçün gəlibmiş.

Sui-qəsd hazırlayanlar da yaxşı biliblər ki, Levan mərhumla vidalaşmaq üçün mütləq Tiflisə qayıdacaq və killer də sadəcə, hüzr mərasiminin keçirildiyi yerdə pusqu qurub. Qara beysbol papaqlı qatil Levanın mühafizəçi ilə addımladığı vaxt tətiyi çəkib. O, əvvəlcə qaçmağı seçən mühafizəçiyə hücum edib. Levan Canqveladze isə avtobus dayanacağına doğru qaçsa da, qatil onu kürəyindən vurub. Sonra o, öldüyünə əmin olmaq üçün bir neçə  nəzarət atəşi də açıb.

Mənbənin sözlərinə görə, Merab qardaşının qətlinin arxasında kimin ola biləcəyi ilə bağlı hələ dəqiq bir nəticəyə gəlməyib. Levanın kifayət qədər düşməni var idi. Eyni zamanda o, həmişə bazarlara, meyvə-tərəvəz bazalarına maraq göstərib, bu da Azərbaycan mafioz klanları ilə qanlı çəkişmələrə gətirib çıxarıb.
 

Yada salaq ki, Merab Canqveladze vaxtilə Rövşən Canıyevlə (Rövşən Lənkəranski)  yaxınlıq da edib. Ancaq olduqca tez bir zamanda onlar arasında gərginlik başladı ki, onun əsas baiskarı öldürülən Levan olmuşdu.


2012-ci ilin yayında Lənkəranskinin Dubayda Levan Canqveladze ilə söhbəti olub. Rövşən ona bildirib ki, bazarlarda şəriklik etmək ayrı, onu “ələ keçirmək” cəhdi ayrıdır. Levanla söhbət əlbəyaxa davaya çevriləndə gürcü bıçağı götürərək Rövşənə yüngül xəsarət yetirmişdi.

Dubayda baş verən hadisələrdən az sonra Rövşən o vaxt İtaliyada gizlənən Merab Canqveladze ilə görüşüb. Lənkəranski qardaşının davranışı ilə bağlı şikayətlərini “qanuni oğru”ya bildirməyə çalışıb. Burda da gərginlik yaranıb, Merab hətta silaha da əl atıb. Gərginliyə baxmayaraq tezliklə tərəflər barışıb. Amma son illər onlar Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.

Rusiya mənbələri qətldə Ded Xasan və onun  1 nömrəli “qanuni oğru” Zaxar Kalaşovun (Şakro) qisas versiyasını rədd ediblər. Çünki Levanın çoxlu başqa düşmənləri var idi.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınırdı. (Musavat.com)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Bakıda kişi küçədə VƏFAT ETDİ

Bakıda kişi küçədə VƏFAT ETDİ

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir

Bakıda AQEM-in Media Forumu keçirilir

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO