Artur Rasizadə adının tarixçəsini DANIŞDI – FOTO

Bir müddət öncə sabiq baş nazir Artur Rasizadə ilə böyük rezonans doğuran müsahibə “Yeni Müsavat” qəzetində və Musavat.com saytında dərc olunmuşdu.

Bizim.Media xəbər verir ki, ölkəmizin iqtisadi komandasına uzun illər rəhbərlik etmiş həmsöhbətin səmimi cavabları bir çox oxucularda maraq doğurmuş, hətta onun azərbaycanca belə sərbəst danışmasına, üstəlik, Hüseyn Cavidin əsərindən parçanı ana dilimizdə söylədiyinə inanmadıqlarını deyənlər də olmuşdu.

Amma fakt faktlığında qalır və Artur Rasizadə bizimlə məhz ana dilimizdə danışıb, özü də hər hansı rusca ifadədən istifadə etmədən.

Müsahibəmizin dərc olunmasından sonra bəzi oxucularımız bir sualı unutduğumuzu bizə dostyana “irad” tutdular və xahiş etdilər ki, imkan düşəndə bu barədə eks-baş nazirdən soruşaq. Söhbət cənab Artur Rasizadənin adının tarixçəsindən gedir.

Xatırladaq ki, 1942-ci ildə İkinci Dünya Müharibəsində - Krım cəbhəsində həlak olan kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu Artur müəllim əslən Naxçıvan Muxtar Respublikasından olsa da, 26 fevral 1935-ci ildə Gəncədə doğulub. Həqiqətən də təəccüblü görünə bilər, böyük türkçülük ideyasının daşıyıcısı və qurbanı olmuş Hüseyn Cavid nəslinin təmsilçisinə - onun böyük qardaşının nəvəsinə necə  olub ki, Artur adını qoyublar? Yeri gəlmişkən, Cavid həbs ediləndə Artur Rasizadənin 3 yaşı var idi. Bu mənada türkçü ailəsində yeni doğulan körpəyə qoyulan ad ətrafında müzakirələrin getməsi təbiidir, hətta sabiq baş nazirin 90 illik yubileyini qeyd etməsindən sonra da...

Elə bu barədə təkrarən hörmətli Artur müəllim Rasizadəyə müraciət etdikdə, gülərək səmimiyyətlə sualımızı cavablandırdı: “Bu adı mənə atam verib. Mən dünyaya gələndə anam bərk xəstə idi, ölüm-dirim məsələsi var idi. Atam deyib ki, mən uşağa Artur adı verirəm”.


A.Rasizadə atasının nədən bu adın üzərində dayanmasına da aydınlıq gətirdi:


“Burada iki versiya var. Avropa yazıçılarından biri Ethe Voyniçin (irland əsilli ingilis yazıçısı-E.P.) “Ovod” əsəri var. Bu əsərin baş qəhrəmanı Artur Burtodur və əsər onun həyatından bəhs edir. Məncə, bu versiya doğrudur. Amma ikinci versiya da uyğun gəlir. Anam sonralar mənə deyirdi ki, oğlu olsa adını Teymur qoymaq istəyirmiş. Nəyə görə? Çünki anamın adı Tamara, atamın adı Tahir idi, bir bacım var, onun adı Tamilla idi. Anam istəyirdi ki, oğlunun da adı Teymur olsun və T ilə başlayan 4 ad olsun. Amma atam Artur adını qoydu”.


A.Rasizadə burada Hüseyn Cavidlə bağlılığın olduğunu da vurğuladı:


“Cavidin oğlunun adı Ərtoğrul, qızının adı Turan idi. Mənim adım Cavidin övladlarının ilk hecasından götürülüb: Ar – Tur. Bax, mənim adımın tarixi belədir”. 

Sabiq baş nazir adının ətrafında dolaşan bəzi mənasız iddialara da münasibətini açıqladı:

“Bəzən bizimkilər yazırdılar ki, Artur erməni adıdır. Bu, gülməli şeydir.  Artur Konan Doyl məşhur ingilis yazıçısı olub. Ümumiyyətlə, bu addan çox ölkələrdə, millətlərdə istifadə olunur”. (Mənbə: Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

End of content

No more pages to load

RADİO