Yoxlama aparanlara telefon çırpan Rəna Soltanovadan AÇIQLAMA – “Ölüm olmayıb...” – VİDEO

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib. Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

Bizim.Media xəbər verir ki, klinikanın baş həkim Rəna Soltanova məsələ ilə bağlı jurnalistlərə açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var – DETALLAR


O, baş verənlərlə bağlı bununları danışıb:

“Klinikamızda hər il yoxlama keçirilir. 8 ildir fəaliyyət göstəririk, amma heç vaxt nöqsan tutulmayıb. İndi nə oldu nöqsan aşkarlandı? Absurd səbəblər deyilir: deyir ki, soyuducuda niyə dərəcə ölçən yoxdur? Əgər həmin soyuducuda heç bir preparat saxlanılmırsa, nə edim dərəcəni? Biz ora sadəcə buz qoyuruq ki, prosedurdan sonra pasientin iynə vurulan yerinə qoyaq. Axı biz preparatları rəflərdə saxlayırıq, soyuducuya qoya bilmərik. Deyir yox, hər 30 dəqiqədən bir dərəcə ölçməlisiniz. Klinikamızda stomatoloq otağı var. Halbuki stomatoloq uzun müddətdir fəaliyyət göstərmir, amma əşyaları qalıb. Deyib ki, gəlib götürəcəyəm. Deyir, burada qeyri-qanuni əşyalar saxlayırsınız.

Tələb edirlər ki, lazer ustanız tibb bacısı olmalıdır. Soruşuram ki, xanımsınız, lazerə hara gedirsiniz? Cavab verir ki, gözəllik salonuna. Deyirəm, tibb işçisidir? Deyir, yox. Onlar salondu, lisenziyası yoxdur. İndi mən də lisenziyasız fəaliyyət göstərim? Qanun qarşısında nəsə deyə bilmərəm. Amma bu qanunsuz bir hərəkətdir. Bununla bağlı lazımi yerlərə müraciət edəcəyəm. Burada ölüm olmayıb, niyə bağlayırsan klinikanı?”.

Qeyd edək ki, sözügedən yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

End of content

No more pages to load

RADİO