Ali məktəbə qəbulda 5 fəndən imtahan NƏYƏ LAZIMDIR? – Deputatdan TƏKLİF

Qəbul imtahanlarının vaxtı açıqlanan gündən şagirdlərin də, valideynlərin də gərginliyi artıb.

İmtahanların yenə mart ayında keçirilməsi, dərs yükünün ağırlığı, sualların çaşdırıcı olması, keçid ballarının artması məsələsi yenidən gündəmi zəbt edib.
 

MÖVZU İLƏ BAĞLI:

Məleykə Abbaszadə: "Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək"


Təhsil ekspertlərini isə bu mövzulardan ən çox narahat edəni imtahan fənnlərinin sayının çoxluğudur. Onların fikrincə, buraxılış imtahanında abituriyentlər ixtisas qrupu ilə bağlı 3 fəndən imtahan verib növbəti blok imtahanına hazırlaşırlar. İmtahan nəticələrinin açıqlanması da ən azı 3-4 həftə vaxt aparır. Bu səbəbdən də fənlərin sayının azaldılıb konkret 3 fəndən ibarət olması daha məqsədəuyğun olardı. İmtahan nəticələrinin açıqlanması da ən çoxu 10 gün çəkə bilər.

Maraqlıdır, ekspertlərin təklifi reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili, Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimovanın fikrincə, bu təklifin gerçəkləşməsi hələlik mümkün görünmür:

“Bu məsələnin həyata keçiriləcəyinə inanmıram. Məncə, yaxşı oxuyan uşaq üçün 5 fənni öyrənmək o qədər də çətin deyil. Əsas məsələ hər fənnin dərs yükünün azaldılmasıdır. Fənn sayındansa dərs yükünü xəfiflətmək, dərslikləri sadələşdirmək lazımdır. Testlər və digər əlavə tapşırıqları bir qədər minimuma endirmək daha doğru olardı. Mən dəfələrlə bununla bağlı fikirlərimi səsləndirmişəm”.

Deputatın sözlərinə görə, bu gün bu yöndə müzakirələr həddindən artıq çoxdur:

“Tək şagirdlərin yox, pedoqoqların da dərs yükü çoxdur. Müəllim bilmir sinfə girib dərs keçsin, jurnal yazsın, test yoxlasın, yoxsa digər əlavə işləri görsün. Qabaq müəllim sinfə girəndə işi ancaq dərs keçməkdən ibarət olurdu. 45 dəqiqəsini öyrətməyə sərf edirdi. Bu gün isə o qədər əlavə yüklənib ki, məcburdur zamanını bir neçə yerə bölsün. Nəticədə də şagirdlərə çox az zamanı qalır. Zənnimcə, ilk növbədə bunu aradan qaldırmaq lazımdır. Düşünürəm daha kəskin şəkildə bu mövzunu qaldırmalıyıq.

Çünki bugünkü dərs sistemi qaneedici deyil. Bu gün repetitor hazırlıqları olmazsa, uşaqların yüksək nəticələri də olmayacaq. Bu, bizim acı reallığımızdır. Səbəbi də odur ki, müəllimə imkan tanımırlar ki, sinfə girib ancaq dərslə məşğul olsun. Əlavə yüklər onu öz işinə köklənməkdən, gücünü tam buna həsr eləməkdən məhrum edir”.

Deputat onu da bildirib ki, repetitor hazırlığı müəllimlərdə də arxayınlıq yaradıb:

“Bəzi müəllimlər deyir ki, əsas sinfə girim, dərsin keyfiyyəti o qədər də vacib deyil. Necə olsa, uşaqlar sonra yanıma gələcəklər və əlavə dərsdə məşğul olacam. Bu nə müəllimlər üçün, nə də şagirdlər üçün yaxşı yol deyil. Çünki şagirdlər də dərsə oxumadan gedirlər ki, hazırlıqda oxuyacam. Bunu aradan götürmək lazımdır. Çalışmaq lazımdır ki, testlərə salınan suallar ancaq dərsliklərdən olsun. Müəllim də zəhmət çəkib dərsini sinifdə keçsin. Məncə, Elm və Təhsil Nazirliyində bununla bağlı ekspertlər qrupu yaradılmalıdır, gərəkli tövsiyələr dinlənilməlidir. Fikrimcə, bunun həll yolunu tapmaq o qədər də çətin deyil”.

Deputat söhbət əsnasında buraxılış sinifləri ilə bağlı bir məqama da toxunub:

“Buraxılış sinfindəki şagirdlərin imtahanını mart ayına salıblar. Tədris ili isə iyunda tamamlanır. Bəs, elədirsə, mart ayından sonra uşaqların dərsə getməsinin nə mənası var?! Bu, başa düşülmür. Olmazmı ki, bu imtahanlar mayda, iyunda keçirilsin? 5 olmasın, 4 imtahan olsun, amma bir dəfədə, bir gündə keçirilsin, bitsin. Qabaqlar necə idi?! Yoxsa indi üçünü bir vaxtda, digər üçünü isə başqa vaxtda keçirirlər.

Məncə, islahatları bu yöndə aparmaq lazımdır. Təhsil elə sahədir ki, burada inqilabi islahat etmək  mümkün deyil. Düşünülmüş, maarifçi, daha tərəqqipərvər islahatlar olmalıdır. Yoxsa otururlar, səhər qalxıb sıçrayışlı qərarlar verirlər. Belə olmur. Təhsil, mədəniyyət bunlar loyal qərarlar üzərində gəlişməlidir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

End of content

No more pages to load

RADİO