Ev qiymətinə satılan QƏBİRLƏR - Məzar yerləri əhaliyə pulsuz VERİLİR?

Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib. Yəni məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər işləri bələdiyyələr həyata keçirir.

Bu, Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda öz əksini tapıb.

Dəfnlə bağlı bir çox məqamların yer aldığı Qaydada qəbir yerlərinin ayrılması və dəfnin təşkili məsələsi də vurğulanıb. Hazırda ölən şəxsin yaxınları meyiti dəfn etmək üçün müəyyən məbləğə qəbir yeri aldığını deyirlər. Yəni ölən şəxsin yaxınlarına məzar üçün yer ərazidən asılı olaraq müxtəlif qiymətə təklif olunur. Hətta təklif edilən məbləğ bir evin qiymətinə qədər gedib çıxır.

Azərbaycanda qəbir yeri pulsuzdur

Lakin yuxarıda qeyd etdiyimiz Qaydada qəbir yerlərinin pulsuz ayrıldığı yazılıb. Belə ki, Qaydanın 17 -ci bəndində qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
 

MÖVZU İLƏ BAĞLI:

Məzarların toxunulmazlığı – İslama görə qəbirlərin köçürülməsi günahdır? - VİDEO


Lakin dəfnlə bağlı təklif edilən xidmətlər üçünsə müəyyən məbləğ nəzərdə tutulub. Qanun deyir ki, qəbiristanlıq müdriyyəti tərəfindən ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmayıbsa, onun yuyulması, tabut və nəqliyyatla təmini, qəbir yerinin qazılması, dəfn zamanı dini ayinlərin icrası, ad, soyad, ata adından ibarət lövhənin hazırlanması və digər xidmətlər təklif olunur. Bu xidmətlər ödənişlidir. Lakin bu xidmətlərin ümumi dəyəri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.

Dəfn üçün nə qədər pul ayrılır?

Ötən il dəfn üçün verilən birdəfəlik müavinətin məbləği 500 manat, əmək pensiyaçıları üçünsə minimum pensiya məbləğinin 3 misli qədər idi.

Qaydada o da qeyd edilib ki, xidmətlərin ayrı-ayrılıqda və ya ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.

Amma qəbiristanlıqla, dəfnlə bağlı illərdir bir məbləğdən də söhbət gedir. Bəzi yerlərdə qəbir yeri üçün və ya dəfn xidmətləri üçün konkret dövlət rüsumunun olduğu qeyd edilib.

Müsəlmanlar 63, qeyri-müsəlmanlar 49 manata dəfn olunur

Məsələyə aydınlıq gətirən Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Bizim.Media-ya deyib ki, dəfn xidməti üçün dövlət rüsumu müsəlmanlar üçün 63, qeyri-müsəlmanlar üçünsə 49 manatdır.

Onun sözlərinə görə, qiymət fərqi dəfn adət-ənənəsi ilə bağlıdır:

“Onların adətlərinə görə, meyit tabutla basdırılır və hörgü hörülmür. Ona görə də rüsum azdır. Bizdə isə hörgü hörülür, əhəng daşı, hörgü daşı istifadə edirlər. Bu rüsuma tikinti materialları daxil deyil. Bu, məzarın qazılması və dəfn olunması xidmətinə görə ödənir. Yəni əmək haqqıdır. Tikinti materallarının qiyməti isə bazar qiymətinə uyğun hesablanır”.

O qeyd edib ki, rüsum illərdir belədir:

“Bizim balansımızda olan qəbiristanlıqlarda bu lövhə yerləşdirilir. Bizim balansımızda 3-4 dənə məzarlq var. Əksəriyyəti bələdiyyələrə verilib. Rüsum dəyişməyib. Amma bələdiyyələr nə qədər rüsum alır, onu bilmirəm”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

End of content

No more pages to load

RADİO