Deputat: “Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir”

Vəfat edən insanın meyiti onun inancı və adət-ənənəyə görə ya dəfn edilir, ya da yandırılır.

Kremasiya nədir?

Bir çox dinlərdə insanın meyiti torpağa basdırılsa da bəzi dinlər və adət-ənənələr meyitin yandırılmasını və külünün basdırılmasını tələb edir. Qədimdən mövcud olan bu ənənə Hindistan, Çin, İndonaziya və digər ölkələrdə mövcuddur.

Azərbaycanda qanunla meyitin yandırılmasına qadağa yoxdur

Azərbaycanda çoxsaylı xalqların yaşadığı nəzərə alınmaqla qanunvericilikdə bunlar öz əksini tapıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əsas anlayışlarda kremasiya - ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması, krematori - meyitin yandırılması üçün xüsusi sobaları və qurğuları olan bina, kolumbari - krematoridə yandırılmış meyitin külü olan urnaların (kül olan xüsusi qab) saxlanıldığı yer də öz əksini tapıb.

Yəni vəfat edən insanın yandırılması ilə bağlı qanunda heç bir qadağa yoxdur.

Bunu həyata keçirmək üçün xüsusi binaların olması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dəfələrlə informasiya sorğusu ünvanlasaq da cavab ala bilməmişik.

Bizim.Media-nın araşdırmasına görə qanunda bunlar qeyd olunsa da, ölkədə belə xüsusi yerlər yoxdur.

Bəs belə mərkəzlərin yaradılması niyə təklif olunmur? Təklif oluna bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, qanunvericilikdə də bu, öz əksini tapıb:
 

MÖVZU İLƏ BAĞLI:

İndi də meyitlərdən brilyant hazırlayırlar – Xatirəni əbədiləşdirmək, yoxsa mərhuma HÖRMƏTSİZLİK?


“Azərbaycan dünyəvi dövlətdir. Bu gün bizim ölkəmizdə müxtəlif dinlərin, etiqadların nümayəndələri yaşayırlar. Azərbaycan Konstitusiyasında da bu ölkədə yaşayan hər bir dinin nümayəndələrinin hüquqları təsbit olunub. Ölkəmiz etiqad azadlığını təmin edib.

Bu, çox önəmli və olduqca vacibdir. Nazirlər Kabinetinin qərarında da bu öz əksini tapıb və açıq-aydın qeyd olunub ki, belə bir mərkəzlərin yaradılması gündəmdədir. Söhbət meyitlərin yandırılması üçün olan xüsusi sobalardan gedir. Yəni bu məsələdə hüquqi əsas var, gələcəkdə də zərurətdən asılı olaraq bu məsələyə baxılacaq”.

Deputat bildirib ki, gələcəkdə meyitinin yandırılmasını istəyənlərin sayı arta bilər:

“Hələki ölkəmizdə buna geniş ehtiyac yoxdur, amma nəzərə alsaq ki, meyitinin yandırılmasını istəyən insanlar da var və gələcəkdə bunların sayı arta bilər. Ona görə də bu məsələnin gündəmdə saxlanılması, buna xüsusi diqqətlə yanaşılması çox önəmlidir. Bu istiqamətdə hazırda dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və addımlar atılır. Dövlətin bu istiqamətdə planları var. Əsas olan odur ki, hüquqi baza və qayda var. Növbəti mərhələdə bir-bir addımlar atılacaq və bu məsələyə baxılacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Həmədanda məhbus edam edildi

Həmədanda məhbus edam edildi

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

End of content

No more pages to load

RADİO