Yeni virusla bağlı pis xəbər - Yoluxanlar qəfildən keçəl olur

Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Hindistanda ortaya çıxan yeni virus böyük panika yaradıb.  

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, 11 kənddə aşkarlanan və ani saç tökülməsinə səbəb olan epidemiya səbəbindən 155 nəfərin birdən-birə keçəlləşdiyi bir vaxtda səlahiyyətlilər vəziyyəti nəzarət altına almaq üçün işlərə başlayıb.  

Hindistanın Maharaştra ştatının Buldhana dairəsindəki Şeqaon taluka əyalətinin 11 kəndində baş verən hadisə insanları heyrətləndirib. 155 nəfər birdən-birə keçəl olub.  

“Zilla Parishad”ın baş direktoru Qulabrao Haratın rəhbərlik etdiyi qrup sözügedən kəndləri ziyarət edib. Bəyanatda vəziyyətin nəzarət altına alınması üçün səy göstərildiyi vurğulanır.  

Hindistan mətbuatında çıxan xəbərlərə görə, Akola və Buldhana tibb fakültələrindən mütəxəssis həkimləri infeksiyanın mənbəyi, ötürülmə yolları və qarşısının alınması üsulları ilə bağlı araşdırmalar aparmağa başlayıb. Son açıqlamaya görə, 11 kənddə ümumilikdə 65 nəfərdən qan nümunələri götürülüb.  

“Tibbi tədqiqat və maarifləndirmə işləri davam edir və lazım gələrsə, dövlət səviyyəli ekspert qrupunun iştirakı ilə daha kompleks tədbirlər həyata keçiriləcək”, - regional informasiya idarəsinin məlumatında bildirilir. Adıçəkilən kəndlərdəki marketlərdən sabun, saç yağı və şampun nümunələri, yeraltı su sistemindən isə analiz üçün götürülüb.  

Bondgaon kənd muxtarı Rameshvaram Dharkarın məsələ ilə bağlı verdiyi açıqlama belədir:

“Böhranı aradan qaldırmaq üçün administrasiya sağlamlıq düşərgələri yaradıb, zərər çəkmiş ərazilərdə təmizlik kampaniyasına başlayıb və profilaktik tədbirlərlə bağlı maarifləndirmə proqramları təşkil edib”.  

Regional səhiyyə işçisi Amol Gite deyib:

"Cümə günü 15 yeni hadisə aşkarladıq. Biz bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Yaxın 4-5 gün ərzində biopsiya nəticələrini alacağımızı gözləyirik".  

Səlahiyyətlilər epidemiyanı nəzarət altına almaq üçün kollektiv fəaliyyətin vacibliyini vurğulayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

End of content

No more pages to load

RADİO