Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı – FOTO

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər mövqedə çalışan əməkdaşları üçün təşkil edilən "Biznesin İdarəedilməsi üzrə Kompleks Bacarıqların Gücləndirilməsi Proqramı" başa çatıb. Bu münasibətlə ADA Universitetində yekun tədbir  keçirilib, iştirakçılara sertifikatları təqdim edilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, şirkətlərin inkişafı insan resurslarının potensialından asılıdır.

Sevindiricidir ki, Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının inkişafını təmin etmək üçün onları iş mühitindən universitet mühitinə keçid etməyə təşviq edib.

ADA Universiteti isə onları uzunmüddətli öyrənmə prosesinə cəlb edib. İştirakçılar isə öz növbələrində Şirkətin gələcəyini qurmaq, onu qabağa aparmaq üçün əhəmiyyətli olan, dövrün tələbləri ilə uzalaşan bacarıqlar əldə ediblər. 

Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş İcraçı Direktoru Aydın Talıbov çıxışında vurğulayıb ki, ötən illər ərzində şirkət tərəfindən əməkdaşların bilik və bacarıqlarının, həmçinin təcrübələrinin artırılması ilə bağlı təlim proqramlarında iştiraka xüsusi önəm verilib. Adətən əməkdaşların bənzər təlimlərdə iştirak üçün xarici ölkələrə göndərildiyini deyən Aydın Talıbov ADA Universiteti ilə tanışlıqdan sonra belə təlimlərin ölkəmizin hüdudları daxilində də yüksək səviyyədə verilə bilməsindən məmnunluğunu ifadə edib. 

Daha sonra, Proqram iştirakçılarından İnsan Resursları direktoru Ziya Rəcəbov və "OBA" Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova təəssüratlarını bölüşərkən söyləyiblər ki, sözügedən proqram universitet-sənaye əməkdaşlığının uğurlu nümunələrindən biridir, insan kapitalına qoyulan səmərəli investisiyadır. 

Təlimçi qismində fikrlərini bölüşən Şəmsiyyə Mustafayeva  deyib ki, intensiv seanslar vasitəsilə liderliyin müxtəlif ölçüləri araşdırılıb, iştirakçılara nəzəriyyənin praktiki tətbiqinə cavab verən zəngin öyrənmə mühiti təqdim edilib.

Qeyd edək ki, rəhbər mövqedə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təşkil edilən bir illik proqram 600-dan çox dərs saatını əhatə edib. 

7 modul üzrə iştirakçılar emosional zəka, strateji planlaşdırma, liderlik, idarəçilik, kommunikasiya və digər bacarıqlarını inkişaf etdiriblər. 

Öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə tədris edilən modullar qrup işi, real hadisə analizi, simulyasiya kimi interaktiv formatlarda təşkil edilib. 

Xatırladaq ki, "Biznesin İdarəedilməsi üzrə Kompleks Bacarıqların Gücləndirilməsi proqramı" ADA Universiteti və Veysəloğlu Şirkətlər Qrupu ilə arasındakı əməkdaşlıq memorandumdan irəli gələrək həyata keçirilib. 

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda torpaq qiymətinə villalar satılır - FOTO

Bakıda torpaq qiymətinə villalar satılır - FOTO

Nikola Sarkozi şərti azadlığa buraxıldı

Nikola Sarkozi şərti azadlığa buraxıldı

"Bitcoin"in qiyməti 81 min dollardan aşağı endi

"Bitcoin"in qiyməti 81 min dollardan aşağı endi

Çempionlar Liqası: PSJ ikinci finalçı oldu - VİDEO

Çempionlar Liqası: PSJ ikinci finalçı oldu - VİDEO

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

Gəncədə 14 yaşlı yeniyetmə kəsici alətlə xəsarət aldı

Gəncədə 14 yaşlı yeniyetmə kəsici alətlə xəsarət aldı

Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi mərkəz YARADILACAQ?

Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi mərkəz YARADILACAQ?

Bu gün əsl yaz havası OLACAQ

Bu gün əsl yaz havası OLACAQ

Biləsuvarda DƏHŞƏT – İki gənc bıçaqlandı

Biləsuvarda DƏHŞƏT – İki gənc bıçaqlandı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

End of content

No more pages to load

RADİO