“Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez Nyu-York küçələrində görüntülənib.
Bizim.Media xəbər verir ki, o, "Hermes"in limitli çantalardan biri, "HAC Shoulder JPG 42" modeli ilə diqqət çəkib.
Aksesuarın qiyməti təxminən 90 min dollar (153 min manat) təşkil edir.
Qeyd edək ki, sözügedən model məşhur "Haut a Courroies" dizaynı əsasında hazırlanıb. Məhdud sayda istehsal edilən çanta daha çox şəxsi kolleksiyalarda yer alır və nadir olması ilə seçilir.


Bizim.Media