Lənkəranda dəm qazından zəhərlənmə qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Cil kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Vaqif Sədulla oğlu Nəhmətov hamam otağında dəm qazından zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və hazırda müalicəsi həkim nəzarəti altında davam edir.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu