“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - Bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə mühakimə edilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi yenə baş tutmayıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, prosesin baş tutmamasına səbəb təqsirləndirilən Aynur Bayramovanın hələ bilinməyən səbəbdən qəfil müalicə müəssisəsinə yerləşdirilməsidir.

Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Bu, adıçəkilən hakimin baxdığı sonuncu işlərdəndir. Belə ki, o, bir neçə aya yaş həddi ilə bağlı təqaüdə göndəriləcək.

Hakim hesab edir ki, təqsirləndirilən şəxslər məhz bu səbəbdən məhkəməni uzadırlar.

Düşünürlər ki, süründürməçilik etsələr, onun da hakimliyi bitər, iş başqa hakimə keçər:

"Mən maraqlanmışam, Aynur dünən axşama kimi sağlam olub. Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm. Yadınızdadırsa, burada da özünü yerə yıxırdı. İndi düşünürlər ki, mən gedərəm, işi az təcrübəli hakimə verərlər, onlar da bundan istifadə edərlər. Ona çatdırın ki, Azad Məcidov bu işi bitirənə kimi harasa gedən deyil! Vəssalam!"

Xanım müttəhimin məhkəmədə iştirak etməməsi onun əməlindən əziyyət çəkən şəxsləri də əsəbiləşdirib. Zərərçəkmiş Tural Nəsmiyev deyib ki, Aynur xəstəlik bəhanəsi ilə ev dustaqlığına çıxmaq istəyir, buna görə də özünü müalicə müəssisəsinə saldırıb.

"Buna mən qərar verirəm, oturun yerinizə", - deyə hakim zərərçəkmişə səslənib. Proses yanvarın 8-nə kimi təxirə salınıb.

Qeyd edək ki, iki şirkətə rəhbərlik edən Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pulu ələ keçirməkdə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah bu ərazilərdə işıq kəsiləcək

Sabah bu ərazilərdə işıq kəsiləcək

Vado Korovinin qızı işdən çıxarıldı

Vado Korovinin qızı işdən çıxarıldı

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Kevin Hamilton Azərbaycana səfər edəcək

Kevin Hamilton Azərbaycana səfər edəcək

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

Nazilə Salmanova instituta direktor təyin edildi

Nazilə Salmanova instituta direktor təyin edildi

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

AFFA lisenziya verdiyi klubların siyahısını AÇIQLADI

AFFA lisenziya verdiyi klubların siyahısını AÇIQLADI

Ermənistan XİN başçısı Mirzoyanın Okampo ilə gizli əlaqələri üzə çıxıb - VİDEO

Ermənistan XİN başçısı Mirzoyanın Okampo ilə gizli əlaqələri üzə çıxıb - VİDEO

Əraqçi türkiyəli həmkarı ilə danışdı

Əraqçi türkiyəli həmkarı ilə danışdı

Dubay hava limanına raket və dronlarla HÜCUM EDİLDİ - VİDEO

Dubay hava limanına raket və dronlarla HÜCUM EDİLDİ - VİDEO

Zelenskidən 9 Mayla bağlı bəyanat: “Güzgü prinsipi” ilə hərəkət edəcəyik - VİDEO

Zelenskidən 9 Mayla bağlı bəyanat: “Güzgü prinsipi” ilə hərəkət edəcəyik - VİDEO

Son bir həftədə təbiətə 150 minə yaxın ziyan vuruldu

Son bir həftədə təbiətə 150 minə yaxın ziyan vuruldu

Zakir Həsənov radioelektron mübarizə bölmələrinin birgə təlimini İZLƏDİ - FOTO/VİDEO

Zakir Həsənov radioelektron mübarizə bölmələrinin birgə təlimini İZLƏDİ - FOTO/VİDEO

Hökumənin qardaşı onlara DOST oldu - VİDEO

Hökumənin qardaşı onlara DOST oldu - VİDEO

Azərbaycan XİN elan etdiyi müsabiqənin müddətini UZATDI

Azərbaycan XİN elan etdiyi müsabiqənin müddətini UZATDI

İTV-nin rəhbəri olmaq üçün 11 nəfər müraciət edib - SİYAHI

İTV-nin rəhbəri olmaq üçün 11 nəfər müraciət edib - SİYAHI

Polis kursantlarından Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob - FOTO/VİDEO

Polis kursantlarından Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob - FOTO/VİDEO

Torpaq icarəsində YENİ MEXANİZM: Sahə böyüdükcə qiymət düşəcək

Torpaq icarəsində YENİ MEXANİZM: Sahə böyüdükcə qiymət düşəcək

Rasim Balayevin yerinə iki namizəd İRƏLİ SÜRÜLDÜ

Rasim Balayevin yerinə iki namizəd İRƏLİ SÜRÜLDÜ

End of content

No more pages to load

RADİO