Torpaq icarəsində YENİ MEXANİZM: Sahə böyüdükcə qiymət düşəcək

Bundan sonra Azərbaycanda iri torpaq sahələrinin icarəsi üçün güzəştli əmsallar tətbiq olunacaq.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

Xatırladaq ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edilib.
 

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin illik icarəhaqqı məbləğinə güzəştli əmsallar tətbiq olunacaq.


Dəyişikliyin əsas məqsədi iri ölçülü dövlət torpaq sahələrinin icarəsi zamanı sahibkarların və investorların maliyyə yükünü azaltmaq, investisiya mühitini genişləndirmək və xüsusilə böyük ölçülü dövlət torpaqlarının iqtisadi dövriyyəyə cəlb olunmasını stimullaşdırmaqdır.

Yeni mexanizmdə mövcud baza yanaşması saxlanılır. Belə ki, Bakı şəhəri üzrə icarə haqqı torpağın bazar dəyərinin 3 %-i, ölkənin digər şəhər və rayonları üzrə isə 2 %-i qədər müəyyən edilir.

Bununla yanaşı, iri ölçülü torpaq sahələrinə ölçüsündən asılı olaraq azalan əmsallar tətbiq olunur.

Dəyişikliyə əsasən, 5 000 m2-ə qədər (5 000 m2 daxil olmaqla) olan torpaq sahələri üzrə əmsal 1 təşkil edir. Sahənin 5 000 m2-dən 10 000 m2-ə qədər olan (10 000 m2 daxil olmaqla) hissəsinə 0,8, 10 000 m2-dən 50 000 m2-ə qədər (50 000 m2 daxil olmaqla) olan hissəsinə 0,7 və 50 000 m2-dən yuxarı olan hissəsinə isə 0,5 əmsal tətbiq olunur.
 

Göründüyü kimi, torpaq sahəsi böyüdükcə tətbiq olunan əmsal azalır və bu da icarə məbləğinin aşağı düşməsinə səbəb olur. Nümunə olaraq qeyd edək ki, yeni tənzimləmə mexanizmi nəticəsində əvvəllər Lənkəran rayonunda illik icarə haqqı 10 000 manat təşkil edən 10 hektar torpaq sahəsi üzrə həmin icarəhaqqı 6 200 manata düşəcək.


Tətbiq ediləcək əmsallar nəticəsində icarəyə verilən torpaq sahələrinin sayı və sahəsi artacaq, böyük ölçülü torpaq sahələrini icarəyə cəlb etmək daha asan olacaq.

Bununla yanaşı, dəyişikliklər dövlət torpaqlarının daha səmərəli istifadə olunmasına, istifadə olunmayan və ya səmərəsiz istifadə olunan sahələrin iqtisadi dövriyyəyə cəlb edilməsinə, həmçinin icarəyə verilən torpaq sahələri bazasının genişlənməsi hesabına büdcəyə daxilolmaların artmasına şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

End of content

No more pages to load

RADİO