Prezident Mavritaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini deyib.

Prezident İlham Əliyev müxtəlif sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Sid Əhməd əl-Bekaye Hamadi vurğulayıb ki, Mavritaniya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş edib.

Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırıb.
 

Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq və mədənçilik sahələrindəki geniş imkanları qeyd edib. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş edib.


Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması və səfərlərin təşkil edilməsi məsələsi qeyd olunub.

Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

End of content

No more pages to load

RADİO