Gürcüstan azərbaycanlıları TƏKLƏNİB... – Ombudsman, səfirlik və diaspor komitəsi nə işlə məşğuldur?

Dmanisidə baş verənlər Bakı ilə Tbilisinin əməkdaşlığına qarşı hesablandı-hesablanmadı istər gürcü, istərsə də digər millətdən olan Gürcüstan vətəndaşlarının eyni pasportu daşıyan azərbaycanlılara qarşı təcavüzü, təzyiqləri yolverilməzdir. 

Bizim.Media xəbər verir ki, bu fikirlər deputat, politoloq və digər tanınmış gürcülərin hadisə ilə bağlı fikirlərinin məcmusudur.

Azərbaycanlı siyasi ekspertlər də oxşar bəyanatlarla çıxış ediblər. O ki qaldı müvafiq dövlət qurumlarına...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də, digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib. 

Ombudsmanı hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman müvafiq orqanlar tərəfindən məsələnin araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

Bundan başqa, Azərbaycanın Gürcüstandakı səfirliyi də insidentə reaksiya verib. Səfirliyimizin bəyanatında deyilir ki, toqquşma hüquqi qiymət almalı, günühkarlar Gürcüstan qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar. Səfirliyin əməkdaşları Dmanisidə də olub, vəziyyətlə tanış olduqdan sonra yerli hakimiyyət və Gürcüstanın daxili işlər orqanları ilə əlaqə saxlayıblar. 

Diasporla İş üzrə Dövlət Komitəsi də Dmanisiyə səfər edib və baş verənləri Qafqazda stabillik istəməyənlərin provokasiyası ehtimalı ilə də bağlayıb. İnsanlara bir növ çağırış edilib ki, sakit olsunlar və təxribatlara uymasınlar. 

3 oxşar çağırış və 1 dəyişməyən nəticə...

Gürcüstan rəsmilərinin (Dmanisi meri, daxili işlər naziri və s.) əraziyə səfəri, insidentlə birbaşa maraqlanmaqları və kiminsə cəzasız qalmayacağı barədə verdiyi vədlər azərbaycanlıların ədalət axtarışı hiddətini qismən boğub. Lakin soydaşlarımızın tələbləri ötən aksiya lozunqları kimi qalmaqdadır. Yəni, Dmanisidə 30 ildir ki yaşayan gürcü mənşəli svanlar şəhərin 400-500 illik (əslində daha çox) sakinləri olan azərbaycanlıların haqqını tapdayıb. Haqq tapdayanlar kütləvi halda hücum edərək əliyalın azərbaycanlıları, onların mülkünü də ayaqlar altına alıblar.

3 çağırışın fonunda dəyişməyən reallıq isə cinayətkar svanların hələ də cəzasız qalmasıdır. Adın da qoyublar ki, istintaq gedir, araşdırma aparılır...

Hərçənd araşdırma aparılır, deməli, Tbilisi Svaneti sakinləri ilə Dmanisi azərbaycanlılarının birgə yaşamasının çətinliyindən (mümkünsüzlüyündən) xəbərdardır. 30 il əvvəl Dmanisiyə gəlib “buralar bizim torpaqdır” deyib azərbaycanlıları bölgədən çıxmağa çağıran gürcüdən (svan) hər şey gözləmək olar. Yəni, Gürcüstan azərbaycanlıları növbəti svan hücumundan sığortalanmayıb. 

Ermənilər də Qarabağın işğalına 30 il əvvəl başladı...

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

End of content

No more pages to load

RADİO