Qurban Qurbanovdan İLK AÇIQLAMA: "Böyük turnirlərdə belə məğlubiyyətlər qaçılmazdır” - VİDEO

"Əfsuslar olsun ki, uduzduq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən hiss olunurdu ki, rəqib bizi analiz edib. Futbolçularımız bütün tapşırıqları düzgün yerinə yetirirdilər".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"a uduzduqları görüşdən (0:3) sonra "CBC Sport"a açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" 9 nəfərlə məğlub oldu - VİDEO


Mütəxəssis hakimin "Qarabağ"ı 2 qırmızı vərəqə və penalti ilə cəzalandırmasına toxunub: "Çox istəyərdik ki, 90 dəqiqə bu oyunu qoruyaq. Qırmızı vərəqələr oldu. Bəlkə də indi emosiyalarım başqadır. Ola bilər ki, nədəsə yanlışlığım var. Amma bu cür oyunlarda belə idarəetmə... Bilmirəm ki, belə qırmızı vərəqələr, penaltilər nə qədər düzgündür. Onsuz da 10 nəfərlə qalmışdıq.


Olan oldu. Artıq gecdir. Lakin komandamdan, futbolçularımın cəsarətindən, diqqətindən xoşum gəldi. Bu komandaya qarşı müdafiə olunmaq istəmədik. Çalışdıq ki, pressinq edək. Bunu bacarırdıq. Futbolçularıma təşəkkür edirəm. Təəssüf ki, azarkeşlərimizi bu gün də sevindirə bilmədik. Amma inanıram ki, belə davam etsək, qarşıda daha yaxşı nəticə qazanacağıq".

Q.Qurbanov Avroliqada ardıcıl 3 məğlubiyyətin futbolçulara psixoloji baxımdan necə təsir edəcəyindən də danışıb: "Böyük turnirlərdə belə məğlubiyyətlər qaçılmazdır. Əksinə, bəlkə də əlimizə şans düşüb ki, qarşıda ümumi futbol fəlsəfəmizi daha inamla, cəsarətlə yerinə yetirək.

Çünki itirəcək bir şeyimiz qalmayacaq. Hər bir halda motivasiya lazımdır. Çalışacağıq ki, motivasiyamızı qoruyaq. Hər bir futbolçu böyük komandalara qarşı oynamaq üçün özündə iradə tapır. İnanıram ki, daha yaxşı oynaya biləcəyik".

Qeyd edək ki, bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

End of content

No more pages to load

RADİO