Rusiyada yanacaq çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələrində (YDM) uzun növbələr yaranıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Məlumata görə, Ukraynanın Rusiya neft emalı zavodları və yanacaq infrastrukturuna endirdiyi zərbələrdən sonra ölkənin bir sıra bölgələrində benzin və dizel qıtlığı yaranıb. Nəticədə bəzi YDM-lərdə yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
Sosial şəbəkələrdə yayılan məlumatlarda sürücülərin saatlarla növbədə gözlədiyi, bəzi məntəqələrdə isə yanacağın tam tükəndiyi bildirilir. (musavat.com)
Bizim.Media