İrəvandan Aİ müşahidəçilərinə YAŞIL İŞIQ – Kəşfiyyatçılar daha iki il binokl arxasında GİZLƏNƏCƏKLƏR?

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən monitorinq missiyasının əslində nə işlə məşğul olduğu hər birimizə məlumdur. Onların fəaliyyət göstərdiyi iki ilə yaxın müddət ərzində kəşfiyyatla məşğul olduqları dəfələrlə ifşa olunub.

Qeyd edək ki, Avropa İttifaqının mülki missiyası 2022-ci ilin oktyabrında iki aylıq müddətə regiona gəlib. Amma bir müddət sonra mandatını 2 ilə qədər uzatmaq və missiya üzvlərinin sayını artırmaq yolu tutdu. 2023-cü ilin dekabrında isə sərhəddəki əməkdaşların sayı 138-dən 209 nəfərədək artırıldı.

Son olaraq Danimarkanın Milli Polis Departamentinin əməkdaşlarından ibarət qrup sərhədboyu ərazidə patrul fəaliyyətinə cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın ikiüzlülüyünün ETİRAFI – Ermənistana olar, başqa ölkələrə OLMAZ?


Aİ-nin bu mandatının bitməsinə dörd ay qalıb. Bununla belə, Ermənistanla Avropa İttifaqı arasında müqavilədə qeyd olunur ki, müşahidəçilərin mandatı daha iki il müddətinə uzadıla bilər. Hətta Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Sarkis Handanyan bildirib ki, missiyanın mandatının uzadılması gözlənilir.

Xatırladaq ki, Prezident İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Aİ missiyasının fəaliyyət müddətinin Azərbaycanla məslətləşmə aparılmadan uzadıldığına diqqət çəkmişdi:

“Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq”.


Sərhədimizdə kəşfiyyatçılıqla məşğul olan Aİ missiyasının fəaliyyət müddəti yenidən uzadılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, həmin missiyanın müddəti uzadılsa belə, onun fəaliyyətinin hansısa bir nəticəsi olmayacaq:
 

“Aİ-nin Ermənistandakı fəaliyyəti əslində tipik bir kəşfiyyat fəaliyyətidir. Amma onlar nə qədər çabasalar da, bunun da bir mənası yoxdur. Azərbaycana qarşı bu günə qədər atılan addımların bir effekti olmadığı kimi, ən yüksək səviyyədə olan belə bir missiyanın da hansısa bir nəticə əldə etməsi mümkün deyil.


Öz fəaliyyətilə Aİ missiyası əslində tərəf saxladığını və ermənilərin marağına xidmət edən fəaliyyətlə məşğul olduqlarını ortaya qoyurlar. Azərbaycan tərəfi hər zaman Aİ-nin bu missiyasını ifşa edib və ona qarşı sərt mövqe bildirib. Missiyanın bu fəaliyyətinin hansısa bir nəticəsinin olacağı da gözlənilmir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO