İlham Əliyevdən Aİ-yə TÖVSİYƏ: "Özlərini Fransanın təsirinə salmasınlar"

İlham Əliyevdən Aİ-yə TÖVSİYƏ: "Özlərini Fransanın təsirinə salmasınlar"
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın torpaqlarının işğalı dövründə bu məsələdə heç vaxt fəal olmayıb:

“Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyatı yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər”.
 

Prezident bildirib ki, bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir.


“Əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”, - Prezident İlham Əliyev deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO

Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var - FOTO

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var - FOTO

XİN-dən Qazaxıstan paylaşımı - FOTO

XİN-dən Qazaxıstan paylaşımı - FOTO

“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

Kəlbəcər və Ordubada qar yağıb

Kəlbəcər və Ordubada qar yağıb

İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

Britaniya müharibəyə hazırlaşır

Britaniya müharibəyə hazırlaşır

Bakıda bu gün fasilələrlə yağış yağacaq

Bakıda bu gün fasilələrlə yağış yağacaq

Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – VİDEO

Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – VİDEO

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Tayfun bu ölkədə yüzlərlə insana xəsarət yetirdi

Tayfun bu ölkədə yüzlərlə insana xəsarət yetirdi

Bakıda bu komandalara dəstək aksiyası KEÇİRİLDİ - FOTO

Bakıda bu komandalara dəstək aksiyası KEÇİRİLDİ - FOTO

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Ər-Riyadda ardıcıl partlayışlar oldu

Ər-Riyadda ardıcıl partlayışlar oldu

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı - VİDEO

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı - VİDEO

Salyanda evə ildırım düşdü - FOTO/VİDEO

Salyanda evə ildırım düşdü - FOTO/VİDEO

Bakıda çoxdan gözlənilən premyera baş tutdu - FOTO

Bakıda çoxdan gözlənilən premyera baş tutdu - FOTO

Bolqarıstanda prezident seçkiləri keçirilir

Bolqarıstanda prezident seçkiləri keçirilir

Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək?

Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək?

Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xırdalanda avtomobil aşdı, sürücü xəsarət aldı- VİDEO

Xırdalanda avtomobil aşdı, sürücü xəsarət aldı- VİDEO

"Sabah" bu gün "Qarabağ"ı sınağa çəkəcək

"Sabah" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

End of content

No more pages to load

RADİO