Rusiyanın paytaxtı Moskvada metroda insident yaşanıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə səhər pik saatlarında Moskva metrosunun Taqansko-Krasnopresnenskaya xəttində baş verib.
37 yaşlı qadın kişi ilə mübahisə edib və onun başına yumruqla zərbə endirib. Məlumata görə, kişi sınıq xəsarəti alıb.
Qadın sərnişin artıq saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
Bizim.Media