İran-Rusiya ANLAŞMAZLIĞI – Köhnə dostların Zəngəzurda toqquşan MARAQLARI

İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı davam edir. Moskva hələ də dəhlizin açılmasını dəstəklədiyi bəyanatın üstündə dayanır. İran rəsmiləri isə bu fonda Rusiyaya qarşı söz savaşını davam etdirir.

Bu istiqamətdə diplomatik gedişlər də edilir. Ən azından Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana qəfil səfərində əsas müzakirə məsələlərindən birinin məhz Zəngəzur dəhlizilə bağlı iki ölkə arasında olan ziddiyyətlərlə əlaqədar olduğu iddia edilir. 

Görəsən, İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı diplomatik gedişlər nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İran rəsmilərinin bu yöndə səsləndirdikləri bəyanatlar öz-özlüyündə ziddiyyətlidir:

Əslində Ermənistanın Zəngəzur dəhlizinin də yerləşdiyi İranla sərhədi 1992-ci ildən Rusiyanın nəzarəti altındadır. Həmin sərhədi Rusiya sərhədçiləri qoruyur. Bu Tehrana da, digərlərinə də bəllidir. Belə olan halda, ərazidən keçən dəmir yoluna rus sərhədçilərinin nəzarət etməsilə İran üçün heç nə dəyişmir. Buna qədər İranın həmin məsələ ilə bağlı heç bir iradı olmayıb. İranla Rusiya arasında gündəmdə olan bir çox məsələlər var”. 

Zəngəzur mövzusu bu mənada həmsöhbətimizə görə, sadəcə olaraq, alver üçün istifdə olunan mövzulardandır: 
 

“Bir məsələni də qeyd edək ki, Moskva ilə Tehranın gündəmində problem yaradan bir çox digər mövzular var. Ola bilsin, Rusiya İrana hansısa texnologiya vəd edib. Əvəzinə guya İrandan orta mənzilli taktiki raket və PUA-lar götürmək niyyətində idi.


Lakin indi görünür ki, Moskva texnoloji silahları İrana vermək fikrindən vaz keçib. Uzun müddət Rusiya İrana S-300 vermək istəmirdi, sonra isə verdi. İndi də ona bənzər bir vəziyyət yaranıb. Belə görünür, Rusiya öz marağına görə, İrana bu məsələdə təzyiq etmək istəyir. Bu alverdə də Zəngəzur dəhlizi heç də birinci dərəcəli mövzu deyil”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

End of content

No more pages to load

RADİO