İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası işə BAŞLAYIB - FOTO

Sentyabrın 18-də Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssaslığı ilə seçilən inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası işə başlayıb. İclasın müzakirə mövzusu COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan itki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlardır.

Bizim.Media xəbər verir ki, tədbiri açan COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.

İtki və Zərərə Cavab Fondunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir tərəfdaşların iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirmələrinin, dəyən zərərlə bağlı müvafiq işlərin görülməsinin əhəmiyyətini qeyd edib.

Bildirib ki, COP29 ərəfəsində ötən illərdə keçirilmiş tədbirlərin nəticələrinə əsaslanaraq irəli getmək lazımdır.

Onun sözlərinə görə, iqlim dəyişikliyi təbiətə dəyən ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunələrindən biri də Asiya ölkələrində tüğyan edən qasırğalar və daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb.

İqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərməyin vacibliyini vurğulayan M.Babayev İtki və Zərərə Cavab Fondunun bu istiqamətdə mühüm rol oynayacağını da diqqətə çatdırıb.

M.Babayev qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatı cari il sentyabrın əvvəlində yayımladığı hesabatında Afrika ölkələrinin iqlim dəyişikliyi səbəbindən ÜDM-in 5 faizini itirdiyini qeyd edib. Az inkişaf etmiş ada ölkələri isə 2,1 faiz iqtisadi zərərə uğrayıblar.

COP29-un müəyyən edilmiş Prezidenti vurğulayıb ki, dənizaşırı ölkə Tonqoda olarkən iqlim dəyişikliyinin törətdiyi fəsadların canlı şahidi olub.

“İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin bundan əvvəlki iclasından ötən müddət ərzində xeyli irəliləyişə nail olmuşuq. Biz həmin iclasda ev sahibi olan ölkəni seçdik”, - deyən Muxtar Babayev ev sahibliyinə görə Filippin dövlətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üç gün davam edəcək iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.
 

2023-cü ildə təsis edilən İtki və Zərər Fondunun ilk iclası cari il mayın 1-də, ikinci iclası isə iyulun 9-da keçirilib. Fondun yaradılmasında məqsəd iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı, xüsusilə inkişaf etməkdə olan ölkələrə yardım göstərməkdir.


Tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.

İclas çərçivəsində Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Fondun əməli fəaliyyətinin reallaşması istiqamətində tarixi əhəmiyyət daşıyır.

Eyni zamanda, bu, ölkəmizə inam və etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda, inkişaf etməkdə olan dövlətlərə, o cümlədən kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. Bu tədbirin ölkəmizdə təşkili həm də Azərbaycanın qlobal səviyyədə bir oyunçu olaraq geosiyasi əhəmiyyətini artırır və mövqelərini gücləndirir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü

Putin Kazanda Hakan Fidanla görüşdü

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

End of content

No more pages to load

RADİO