Yerli istehsal xarici istehsala UDUZUR – Niyə süd və süd məhsullarında idxaldan ASILIYIQ?

Azərbaycan rayonlarında insanlar əsasən heyvandarlıqla məşğul olurlar. Amma biz hələ də xaricdən idxal edilən  süd və süd məhsullarından asılıyıq. Biz buna market piştaxtalarındakı məhsullara diqqət yetirməklə də əmin ola bilərik. Süd məhsulları arasında Azərbaycan şirkətlərinə rast gəlinsə də, yağ məhsullarında demək olar ki, yerli istehsala rast gəlinmir.

Niyə Azərbaycanda süd və süd məhsullarının istehsalı yoxdur, varsa da zəifdir?

İqtisadçı Rauf Qarayev Bizim.Media-nın bu barədə suallarını cavablayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı məhsulların idxalı azalıb? – SİYAHI  


“Əsasən yağ məhsulları ölkə xaricindən alınır. Marketlərdə olan yağ məhsullarına diqqət yetirsək, görərik ki, xaricdən alınan yağ məhsullarıdır. Yerli istehsal bu baxımdan xarici istehsala uduzur. Ölkədə palma yağları daha çox istifadə olunur. Bunun üçün geniş imkan da yoxdur ki, bununla məşğul olaq. Yağ məhsulları daha çox Rusiyadan gəlir.

Keyfiyyət faktoru

Rauf Qarayev bildirib ki, süd məhsullarının keyfiyyətinin müəyyənləşdirilməsində də çətinliklər var.

“İnsanlar xaricdən idxal edilən süd məhsullarında tam olaraq müəyyən edə bilmirlər ki, aldığı məhsul həqiqətən də üstündə yazılan ada uyğundur, ya yox. Gərək dövlət orqanları bu məsələyə daim nəzarət etsin və profilaktik işlər aparılsın, monitorinqlər aparılsın. Əks halda biz daha təhlükləli yağları marketlərdə görə bilərik”.  

Heyvandarlığın zəifləməsi

İqtisadçı deyir ki, süd məhsullarının istehsalının zəif olmasına başqa amillər də təsir edir. Ən əsası isə Azərbaycanda heyvandarlıqla məşğul olmaq üçün şəraitin zəifliyi başlıca rol oynayır:

“Heyvandarlıq üçün örüş yerlərinin sayı azdır. Bu baxımdan bir çox insanlar heyvan saxlamaqdan imtina edirlər. Saxlanılan heyvanların yemlənməsi üçün alınan məhsullar da baha başa gəlir. Əvvəllər örüş yerləri daha çox idisə, indi azdır. Burada əhalinin artımına da nəzər yetirmək lazımdır. İnsanların tərk etdiyi bir çox yerlər var ki, örüş sahələri təşkil etmək olar. Tərk edilən kəndlərdə də yol, su, qaz problemi var, insanların bu işlə məşğul olması üçün şərait yoxdur.

Bizdə ərazilər daha çox dağlıqdır. Ona görə də, insanların heyvandarlıqdan imtinasına şərait yaradılmamalıdır. Rayonda əsas məşğuliyyət heyvandarlıqdır. Bu sahəni genişləndirmək üçün işğaldan azad olan ərazilərdə də heyvandarlıqla bağlı bir sıra işlər görmək olar”.

Süd məhsullarının idxalı nə qədər artıb?

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2024-cü ilin 7 ayında Azərbaycanın süd və qaymaq idxalı həcm ifadəsində 11,8%, kərə yağı və digər süd məhsullarının idxalı isə 64,7% artıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO