Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşdü – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinə çatdırmağı xahiş edib. 

Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayıb. 

Söhbət zamanı iki ölkə arasında xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin fəaliyyəti müzakirə olunub. Hazırda Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi qeyd olunub, gələn ilin sonunda həmin stansiyasının istifadəyə veriləcəyi bildirilib.
 

“Acwa Power” şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında ölkəmizdə ilk dəfə 200 MVa saxlama güclərinin yaradılması ilə bağlı razılaşmaya uyğun olaraq birgə fəaliyyətin həyata keçirildiyi vurğulanıb, bu işlərin COP29-dək başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib. 


Görüşdə “Acwa Power” şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi və “Acwa Power”in Xəzər dənizində külək enerjisi layihələri üzərində iş apardıqları qeyd edilib, bunun da növbəti mərhələdə yaşıl enerjinin ixracı üçün mənbə kimi rol oynayacağı vurğulanıb. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

End of content

No more pages to load

RADİO