Bakının Qaradağ rayonunda yanğın baş verib.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda ümumi sahəsi 400 m² olan tikilinin altında quraşdırılan gücü 1,6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb.
Bildirilib ki, transformator və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media