Toyda başlayan dava ölümlə NƏTİCƏLƏNDİ

Şərur rayonunun Həmzəli kənd sakini, 34 yaşlı Sitarə Qasımovaya bıçaqla xəsarətlər yetirən şəxsin məhkəməsi başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1983-cü il təvəllüdlü Əliyev Afəddin İsrafil oğlu Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Afəddinin qardaşı 1988-ci il təvəllüdlü Sultan Əliyev 2009-cu ildə Sitarə ilə evlənib.

Lakin 2021-ci ildə onlar boşanıblar. Bundan sonra tərəflər arasında alimentə görə problemlər yaranıb. Sultanın 3 min manata yaxın aliment borcu yığılıb və qadının şikayətindən sonra o, 10 gün inzibati həbs edilib.

Daha sonra Sultan işləmək üçün Bakıya gəlib. O, 2023-cü il iyunun 10-da Mehdiabad qəsəbəsində toyda olarkən Sitarənin 1991-ci il təvəllüdlü qardaşı Hüseynlə mübahisə edib. Tərəflər arasındakı münaqişə zəminində Hüseyn Sultanı bıçaqlayaraq öldürüb.

Bundan sonra Afəddin qardaşını qətlə yetirən şəxsin ailəsindən qisas alacağını deyib və bu il aprelin 8-də Bakıdan Naxçıvana gedib. Orada bıçaq alıb və Sitarənin yaşadığı evə gizli daxil olaraq ona üç bıçaq zərbəsi endirib.
 

Lakin səsə qadının anası gəlib. Bu zaman Sitarə yerdən daş götürərək Afəddinin başına çırpıb. O, huşunu itirdiyindən cinayət əməlini tam başa çatdıra bilməyib və özünə gəldikdən sonra oranı tərk edib.


Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 19 avqust tarixli hökmü ilə A.Əliyevə 9 il 6 ay həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Fransa klubunun futbolçusu “Sabah”da

Fransa klubunun futbolçusu “Sabah”da

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

Gülay canlı efirdə ağladı - VİDEO

Gülay canlı efirdə ağladı - VİDEO

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Arzusu çin olan azarkeş - FOTO

Arzusu çin olan azarkeş - FOTO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Əli Əsədov Özbəkistana səfər edəcək

Əli Əsədov Özbəkistana səfər edəcək

Prezidentə gələn təbrik MƏKTUBLARI

Prezidentə gələn təbrik MƏKTUBLARI

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

Biləsuvarın adında gizlənən minillik sirr– Mənası sizi təəccübləndirəcək... – TOPONİMLƏR

Biləsuvarın adında gizlənən minillik sirr– Mənası sizi təəccübləndirəcək... – TOPONİMLƏR

Önümüzdəki həftələrdə kasıblıqlarını unudacaq BÜRCLƏR

Önümüzdəki həftələrdə kasıblıqlarını unudacaq BÜRCLƏR

Pentaqonda “təhlükəli maddə” HƏYƏCANI: İşçilər təxliyə olunur

Pentaqonda “təhlükəli maddə” HƏYƏCANI: İşçilər təxliyə olunur

Niyə dəniz və okeanlarda yaşayan canlılar bu qədər nəhəng olur?

Niyə dəniz və okeanlarda yaşayan canlılar bu qədər nəhəng olur?

Qusarın Laza kəndindəki torpaq sürüşməsinin TƏFƏRRÜATI – ÖZƏL/VİDEO

Qusarın Laza kəndindəki torpaq sürüşməsinin TƏFƏRRÜATI – ÖZƏL/VİDEO

Kamran Əsədovun məhkəməsində ŞAHİDLƏR DİNDİRİLDİ

Kamran Əsədovun məhkəməsində ŞAHİDLƏR DİNDİRİLDİ

End of content

No more pages to load

RADİO