Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə çap edilmiş "Qərbi Azərbaycan şəhidləri" adlı kitab, 10 avqust 2024-cü il tarixdə əslən Gorus rayonundan olan şəhidlərin ailələrinin bir qisminə təqdim edilib. 

Bizim.Media xəbər verir ki, tədbir Gorus rayon icmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin ofisində keçirilib. 

Tədbirdə icma üzvləri və şəhid ailələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gorus rayon icmasının sədri Etibar Həsənov iştirakçıları İcmanın İdarə Heyətinin sədri cənab Əziz Ələkbərlinin adından salamlamış, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. 

İcma sədri Etibar Həsənov bildirib ki, Qərbi Azərbaycan İcması fəaliyyəti dövründə Qayıdış konsepsiyası çərçivəsində bir çox böyük layihələri reallaşdırıb: 

“Şəhidlər haqqında kitabın çapı da bu fəaliyyətin tərkib hissəsidir.Vətən uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan və sağlamlığını müxtəlif dərəcədə itirmiş əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın sayı yüzlərlədir və şəhid və qazilərimizin göstərdikləri sücaəti işırlandırmaq, onların adlarını əbədiləşdirmək bizlərin mənəvi borcumuzdur. Odur ki bu kitabın ərsəyə gəlməsində, xüsusəndə Gorus şəhidləri haqqında məlumatların toplanmasında zəhməti keçən hər bir ellimizə dərin təşəkkürümüzü bildiririk".

İcma sədri onu da bildirib ki, Qərbi Azərbaycan şəhidlərinə hərs edilmiş kitabın 1-ci cildində Gorus rayonundan 10 nəfər şəhidimiz haqda məlumat yer alıb: 

“1-ci cildə adları qeyd edilməyən əslən Gorus rayonundan olan şəhidlərimiz haqqında hal hazırda məlumatlar toplanır və bu məlumatlar kitabın 2-ci cildində yer alacaq”. 

Daha sonra tədbirdə iştirak edən şəhid ailələrinə kitablar təqdim edilib, onlara mərd, cəsur və fədakar övladlar böyüdüb tərbiyə etdiklərinə görə icma adından təşəkkür edilib.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, yaxın günlərdə Gorus Rayon İcması tərəfindən Mingəçevir şəhərində yaşayan Gorus sakinləri ilə görüş keçiriləcək və həmin tədbirdə Mingəçevir şəhərində yaşayan şəhid ailə üzvlərinə də qeyd edilən kitab təqdim olunacaq.

Tədbirin gedişatında həmçinin tədbir iştirakçılarından bəzilərinə icmaya üzvlük vəsiqələri təqdim olunub, icmanın gənclər üzrə məsul şəxsi Orxan Həsənli və Qadınlar üzrə məsul şəxs Sevil Cabbarova görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

Həmçinin Şurnuxu kənd icma sədri Eldar Həsənovun, Qurdqalaq kənd icmasını təmsil edən Mehriban İsmayılovanın, Şurnuxu kənd ağsaqqallar qrupunun üzvləri Şakir Həsənovun, Yaşar Rzayevin, şəhid ailələrinin səmərəli təklifləri dinlənilib və müzakirə edilib. 

Sonda icma sədri Etibar Həsənov Milli Məclisin üzvlüyünə namizəd hörmətli Əziz Ələkbərli  başda olmaqla bütün Qərbi Azərbaycan kökənli namizəd soydaşlarımıza Gorus camaatı adından uğurlar arzuladığını bildirib.

Tədbir iştirakçıları xatirə şəkili çəkdirilib.












































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Supermodel tanınmaz halda – FOTO

Supermodel tanınmaz halda – FOTO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

End of content

No more pages to load

RADİO