Britaniyanın məşhur "The Guardian" qəzeti iyulun 1-də Böyük Britaniyanın Baş naziri Kir Starmerin karikaturasını dərc edib. Karikaturada Starmer özünün potensial varisi Endi Bernemə qumbara ötürür.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici KİV yayıb.
Məlumata görə, qumbaranın üzərində "müdafiənin maliyyələşdirilməsi" yazılmış etiket var. Karikaturada Starmer Bernemə "incimə" ifadəsini deyir.
Hökumətin yeni rəhbəri hərbi büdcədəki çoxmilyardlıq kəsir problemini həll etməli olacaq. Bernem özü isə müdafiə büdcəsində 4,7 milyard funt-sterlinqlik (təxminən 6,2 milyard dollar) "boşluq" olduğunu yalnız iyunun 30-da müvafiq sənəd dərc edildikdən sonra öyrənib.
Xatırladaq ki, iyunun 22-də Starmer hakim Leyboristlər Partiyasının lideri postunu tərk edəcəyini bəyan edib və bu barədə Kral III Çarlza məlumat verdiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həmin gün verdiyi bəyanatda Starmerin Rusiya-Böyük Britaniya münasibətləri baxımından heç bir iz qoymadığını qeyd edib və ondan sonra vəziyyətin müsbət tərəfə dəyişəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Bizim.Media