Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Dünyaşöhrətli müğənni və aktrisa Cennifer Lopez şəxsi həyatı, xüsusilə ayrılıqlar və qəlb qırıqlığı barədə səmimi etiraflar edib. 56 yaşlı ulduz qonaq olduğu "Subway Takes" internet-şousunda ayrılıqlara tam fərqli prizmadan baxmağın vacibliyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "PEOPLE" jurnalı məlumat yayıb.

C.Lopez bildirib ki, münasibətlərə son qoymaq heç də məğlubiyyət demək deyil:

"Ayrılıqlar uğursuzluq deyil. Mən səmimi qəlbdən inanıram ki, məhz onlar insanın özünün daha yaxşı versiyasına çevrilməsi üçün bir başlanğıc nöqtəsidir. Hətta ayrılıqların şərəfinə şənliklər təşkil etmək lazımdır. İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir. Çünki birincisi, siz bir qərar qəbul etmisiniz, ikincisi isə, çox güman ki, bu, hamı üçün ən yaxşı çıxış yolu olub".

Aktrisanın fikrincə, münasibətləri bitirməyə cəsarəti çatan insanlar əslində "qaliblərdir": "Əgər siz həyatda irəliləyib sadəcə insanların qəlbini qırırsınızsa, bax əsl uduzan sizsiniz".

Hollivud ulduzu qəlb qırıqlığını mühüm bir həyat dərsi hesab etdiyini də gizlətməyib:

"Mənim emosional, intellektual və psixoloji inkişafımdakı ən böyük sıçrayışlar həmişə qəlb qırıqlığından sonra baş verib. Və bu, təkcə romantik münasibətlərə deyil, həm də işə və ümumiyyətlə hər şeyə aiddir. Məhz belə anlarda insan özünü dərindən təhlil etməyə başlayır. Düşünürsən ki, “Nə baş verdi? Nə etməliyəm? Bu niyə yenidən təkrarlandı? Niyə hər şey məhz bu cür oldu? Nəyi daha yaxşı edə bilərdim?' İnsan məhz belə məqamlarda dəyişir".
 

Qeyd edək ki, "Can't Get Enough" hitinin ifaçısı Ben Afflek ilə ilk dəfə 2004-cü ildə nişanını pozduqdan təxminən iyirmi il sonra — 2021-ci ildə yenidən bir araya gəlmişdi. Cütlük 2022-ci ildə evlənsə də, bu nikahın ömrü uzun olmayıb və onlar iki il sonra boşanıblar.


Cennifer Lopez bundan əvvəl 2004-2014-cü illərdə müğənni Mark Entoni ilə evli olub. Onların bu nikahdan 18 yaşlı Maks və Emma adlı əkiz övladları var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

120 il yaşamaq üçün nə edək?

120 il yaşamaq üçün nə edək?

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

II cəhd imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

II cəhd imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Supermodel tanınmaz halda – FOTO

Supermodel tanınmaz halda – FOTO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

End of content

No more pages to load

RADİO