Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

BYD Destroyer 05 modelinin qiymətində diqqətçəkən eniş müşahidə olunur. Hətta yeni avtomobillər belə əvvəlki dövrlə müqayisədə təxminən 4 min manat daha ucuz təklif edilir.

Bəs bu kəskin ucuzlaşmanın arxasında hansı səbəblər dayanır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı avtomobil eksperti Razil Nağıyev “demokrat.az”a bildirib ki, Azərbaycanda, xüsusilə taksi xidmətlərində geniş istifadə olunan BYD Destroyer modelinin qiymətində kəskin ucuzlaşma müşahidə olunur:
 

"İlk baxışdan bu, gözlənilməz görünə bilər. Çünki 2026-cı ildən etibarən hibrid avtomobillərə tətbiq olunan vergi və ƏDV güzəştlərinin başa çatması qiymətlərin artacağını düşündürürdü. Lakin bazarda tam əks proses baş verdi.


Əsas səbəblərdən biri məhz budur. Hibrid avtomobillər üçün tətbiq olunan güzəştlər ləğv edildikdən sonra avtomobillərin gömrük və vergi yükü artdı. Bununla belə, BYD zavodu ixrac qiymətlərini aşağı salaraq bu əlavə xərcin əhəmiyyətli hissəsini kompensasiya etdi.

Nəticədə idxalçıların alış qiyməti azaldı və artan vergi yükünə baxmayaraq, avtomobillərin son satış qiyməti əvvəlki səviyyəyə yaxın saxlanıldı, hətta bəzi hallarda təxminən 4 000 manat ucuzlaşdı".

Ekspert deyib ki, qiymətin enməsinə təsir edən digər amillərdən biri də Azərbaycanda bazarın qısa müddətdə BYD Destroyer modelləri ilə doyma həddinə çatması oldu:

"Taksi şirkətləri və fərdi idxalçılar bu modeli kütləvi şəkildə ölkəyə gətirdilər. Təklif tələbi üstələdiyi üçün satıcılar mövcud stokları daha sürətli satmaq məqsədilə qiymət endirimlərinə getdilər.

Bəzi fikirlərin əksinə olaraq, hazırda BYD Destroyer modelinin qiymətinin enməsinin avtomobilin keyfiyyəti ilə bağlı olduğunu təsdiqləyən etibarlı fakt mövcud deyil. Mövcud göstəricilər qiymət dəyişikliyinin əsasən istehsalçının qiymət siyasəti, vergi dəyişiklikləri, bazardakı təklif-tələb balansı və satıcılar arasındakı rəqabətlə əlaqədar olduğunu göstərir", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Ayxan Mirzəzadə Avropa çempionu oldu

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

“Zirə” afrikalı futbolçu transfer etdi

“Zirə” afrikalı futbolçu transfer etdi

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

End of content

No more pages to load

RADİO