Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində “Gənc arıçı” layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.

Görüş zamanı “Gənc arıçı” layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib.

Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.
 

Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Ayxan Mirzəzadə Avropa çempionu oldu

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

“Zirə” afrikalı futbolçu transfer etdi

“Zirə” afrikalı futbolçu transfer etdi

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

End of content

No more pages to load

RADİO