Azərbaycanın üzləşdiyi mina problemi Belçikada müzakirə olunub - FOTO

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.

Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.

İyulun 4-də Brüssel Diplomatik Akademiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə “Mina Təhdidləri ilə Mübarizə: Ətraf mühitə təsiri və Siyasi cavab tədbirləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina problemi, onun insanların həyat və sağlamlığına, ətraf mühitə, ekoloji tarazlığa yaratdığı təhdidlər barədə məlumat verib, bu təhlükənin dayanıqlı inkişaf istiqamətində səylərə mane olmasını diqqətə çatdırıb. Azərbaycanın 2024-cü ildə COP29-a sədrlik etdiyini bildirən Vüqar Süleymanov qlobal humanitar və ekoloji problemlərdən biri olan mina təhlükəsinin ətraf mühitə təsirlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, beynəlxalq əməkdaşlıq və innovativ yanaşmalar vasitəsilə minaların təsirinin azaldılması, ətraf mühitin bərpa edilməsi və daha təhlükəsiz yaşam mühitinin yaradılmasına töhfə verilə biləcəyini qeyd edib.

Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər, tətbiq olunan metodologiyalar, habelə işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə fəaliyyəti ilə əlaqəli şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinə dair geniş prezentasiya təqdim edib. Eyni zamanda, mina probleminin qlobal xarakter daşıdığını nəzərə alaraq, beynəlxalq tərəfdaşlığın və dəstəyin gücləndirilməsinin vacibliyinə toxunub.

Tədbirdə minadan zərərçəkən digər ölkələrdən Kamboca Krallığı, Çad Respublikası və Kolumbiya Respublikasından nümayəndələr də çıxış ediblər.

Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqının nümayəndələri, Belçika Krallığının dövlət qurumları, həmin ölkədə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri, dövlət və özəl qurumların rəsmiləri, o cümlədən aidiyyəti şirkətlərin əməkdaşlarının iştirak etdiyi tədbir çərçivəsində mina təhdidləri ilə mübarizə, bu sahədə əldə edilən təcrübələr və nailiyyətlər mövzularında panel müzakirələr keçirilib, mina probleminin aradan qaldırılması istiqamətində innovativ yanaşmalar və texnologiyaların səmərəli tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Belçika Krallığının ölkəmizdə icra edilən humanitar minatəmizləmə əməliyyatlarına həmin ölkədə qeydiyyatdan keçmiş APOPO beynəlxalq qeyri-hökumət təşkilatı vasitəsilə yardımı ilə bağlı mərasim keçirilib. Mərasimdə Belçika Krallığının və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən APOPO-nun nümayəndələri çıxış edib, bu kimi yardımın əhəmiyyəti qeyd edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Eldar Səlimov İraq DİN-in generalı ilə...

Eldar Səlimov İraq DİN-in generalı ilə...

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

Azərbaycanla Uruqvay arasında viza rejimi müzakirə edildi - FOTO

Azərbaycanla Uruqvay arasında viza rejimi müzakirə edildi - FOTO

Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur - VİDEO

Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur - VİDEO

PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib...

PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib...

Baş prokuror Kamran Əliyev Mərakeşdə - FOTO

Baş prokuror Kamran Əliyev Mərakeşdə - FOTO

Bakı metrosunda insident: qurum İTKİLƏRİNİ açıqladı

Bakı metrosunda insident: qurum İTKİLƏRİNİ açıqladı

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

Özəl məhkəmə ekspertlərinin nə vaxt fəaliyyətə başlayacağı AÇIQLANDI

Özəl məhkəmə ekspertlərinin nə vaxt fəaliyyətə başlayacağı AÇIQLANDI

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ

Xalq artistinin qızının nikah FOTOLARI

Xalq artistinin qızının nikah FOTOLARI

Ermənistanla delimitasiya komissiyasının NÖVBƏTİ İCLASI Azərbaycanda keçiriləcək

Ermənistanla delimitasiya komissiyasının NÖVBƏTİ İCLASI Azərbaycanda keçiriləcək

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələri razılaşdırıb - FOTO

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələri razılaşdırıb - FOTO

Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Xəzərdə balıq ovuna qadağa qoyulur – BU TARİXDƏN

Xəzərdə balıq ovuna qadağa qoyulur – BU TARİXDƏN

Gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Norveçdə yerin altından qədim gəmi tapıldı

Norveçdə yerin altından qədim gəmi tapıldı

AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

Bu gülü dərənləri 27 min manat cərimə GÖZLƏYİR

Bu gülü dərənləri 27 min manat cərimə GÖZLƏYİR

Ceff Bezos və Loren Sançesin Met Gala-da iştirakı moda dünyasında narazılıq yaratdı

Ceff Bezos və Loren Sançesin Met Gala-da iştirakı moda dünyasında narazılıq yaratdı

End of content

No more pages to load

RADİO