Şairə Nazilə Səfərli paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Nazilə türk müğənni Ebru Gündeşin üzgərmə əməliyyatından yazıb:
“Ebru Gündeşin üz əməliyyatı həqiqətən gözəl alınıb. 200 min! İndi qadınlar onun şəklini götürüb 2500 manatlıq həkimə gedəcəklər. O da üzünüzü corab çəkən kimi dartıb çəkəcək və “get gözlə eyni o effekti etmişəm” deyəcək. Cizgi əməliyyatını Yaponiyadan araşdırın”.

Bizim.Media