Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

ABŞ-nin Nyu York şəhərinin meri Zöhran Kvame Mamdaninin "X" platformasında etdiyi paylaşımda 1915-ci il qondarma erməni soyqırımı, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlər dünya azərbaycanlılarının kəskin etirazı ilə qarşılanıb.

Bizim.Media xəbər verir ki, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.

Dünya azərbaycanlıları bu petisiyaya dəstək verməklə Nyu York merinin Azərbaycanla bağlı həqiqəti əks etdirməyən paylaşımından ciddi narahatlıqlarını ifadə ediblər.
 

Petisiyada ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların narahatlıq doğurduğu qeyd edilib.


Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qarabağa göndərdiyi son nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli qiymətləndirməsinə əsasən, mülki əhaliyə qarşı zorakılıq halları müşahidə edilməyib, həmin ərazilərdə mülki infrastrukturun zədələnməsi faktları aşkarlanmayıb.

44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla Azərbaycanın bir sıra şəhərlərinin raket və artilleriya atəşinə məruz qaldığı, bunun isə mülki itkilərə və infrastrukturun zədələnməsinə səbəb olduğu xüsusi vurğulanıb.

Bundan əlavə, 1992-ci ilin fevral ayında bəşəriyyətin ən ağır faciələrindən biri olan Xocalı soyqırımına diqqət çəkilib, yüzlərlə Azərbaycan mülki vətəndaşının amansızcasına qətlə yetirildiyi xatırladılıb.

Sonda bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsi tələb edilib.

Dünya azərbaycanlıları qeyd edilən link vasitəsilə petisiyaya qoşula bilərlər:
//shorturl.at/ZtUnS

Qeyd edək ki, ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropanın Almaniya, Finlandiya, İspaniya, Macarıstan, Çexiya, Sloveniya, İsveç, Yunanıstan və başqa ölkələri, eləcə də 44 ölkəni birləşdirən 17 Koordinasiya Şurası Nyu York şəhərinin merinin Azərbaycanı əsassız şəkildə ittiham etməsinə qarşı çıxaraq, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə bəyanatlar yayıb, ABŞ Prezidenti Donald Trampa və Nyu Yorkun meri Zöhran Kvame Mamdaninə etiraz məktubları göndəriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

End of content

No more pages to load

RADİO