PKK terror təşkilatına qarşı silahlı mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bildirib ki, ötən il başlayan PKK-nın tərksilah edilməsi prosesi Türkiyənin iqtisadi artımını sürətləndirəcək.
Ərdoğan mübarizənin hazırkı mərhələsinin xüsusi ehtiyatlılıq tələb etdiyini və siyasi partiyaların dəstəyi ilə ölkənin bu mərhələni qarışıqlıq olmadan keçə biləcəyini vurğulayıb. (teleqraf.az)
Bizim.Media