DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə Bizim.Media-ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təntənəli tədbir məzunlara diplomların təqdim olunması mərasimi ilə davam etmiş, ardınca DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqi ilə çıxış edib.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyada təhsillərini uğurla başa vurmaları ilə bağlı məzunlara təbriklərini çatdıran Xidmət rəisi DTX-nin gələcək zabit əməkdaşlarının Vətənə və xalqa dönməz sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq duracaqlarına, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz səyləri nəticəsində müasir çağırışlara uyğun formalaşdırılmış milli təhlükəsizlik konsepsiyasının müvəffəqiyyətlə reallaşdırılması istiqamətində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, ölkənin təhlükəsizliyinin etibarlı təminatı naminə var qüvvə ilə çalışacaqlarına inamını ifadə edib.

General-polkovnik Əli Nağıyev bildirib ki, yüksəkixtisaslı kadrlarla komplektləşdirilmiş və maddi-texniki bazası davamlı yenilənən Akademiyada keyfiyyətli təhsil alınması üçün tədris prosesi ilbəil təkmilləşdirilir, xüsusi təyinatlı təhsil müəssisəsinin infrastrukturu çağdaş tələblərə uyğun şəkildə yenidən qurulur.

Sadalanan amillərlə yanaşı, Akademiyada kursant adına yiyələnmək istəyənlər arasında ciddi seçim aparılır, bu proses çərçivəsində yalnız qənaətbəxş səviyyədə bilik və bacarıqları olan, gələcəyi böyük potensial vəd edən gənclərə üstünlük verilir.

Son illərdə görülən bu məqsədyönlü tədbirlərin nəticəsidir ki, yüksək bal toplayaraq Akademiyaya daxil olan kursantların sayı hər ötən il daha da artır və onlar respublika üzrə keçirilən müxtəlif bilik yarışlarında birincilik qazanırlar.
Tədbirin digər çıxışçıları kursantların peşəkar zabit kimi yetişmələri üçün Akademiyada yaradılan hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlıq etmiş, övladlarının dövlətimizə təhlükəsizlik orqanı əməkdaşı kimi xidmət edəcəklərinə görə qürur və şərəf hissi keçirdiklərini bildiriblər.

Sonda xatirə fotoşəkli çəkdirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Xırdalanda Dost Mərkəzi yanır

Xırdalanda Dost Mərkəzi yanır

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Orta aylıq maaş 1200 manata çatır

Orta aylıq maaş 1200 manata çatır

End of content

No more pages to load

RADİO