Nazirlər Kabineti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.
Şura üzvlərinin sayı və tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq ediləcək.
Qeyd edək ki, indiyə qədər Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti tərəfindən yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərib.
Bizim.Media