Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI 

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 23 iyun 2024-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib. 

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1373 namizəddən 59 nəfəri imtahana gəlməyib.

436 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib. Müsabiqə şərtini ödəyənlərdən 246 nəfər 4 və ya 5-ci kurs tələbələridir. 

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar. 

İyunun 23-də keçirilən imtahanda 84 nəfər bu ilin, 106 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 190 namizəd ikinci mərhələyə buraxılıb. 

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 442 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır. 
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək.

Namizədlər Apellyasiya komissiyasına 25 iyun saat 10:00-dan 26 iyun saat 17:00-dək müraciət edə bilərlər. 

Qeyd edilib ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 4-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Lopez səhnədəki qorxulu anından danışdı: Konsert zamanı boynunda cırcırama gəzib

Lopez səhnədəki qorxulu anından danışdı: Konsert zamanı boynunda cırcırama gəzib

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

9-cu sinif şagirdi qəfil vəfat etdi

9-cu sinif şagirdi qəfil vəfat etdi

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

İran xam neft ixracına başladı

İran xam neft ixracına başladı

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

Sabiq Baş nazirlə müğənni sevgilisi piknikdə - Fotolar

Sabiq Baş nazirlə müğənni sevgilisi piknikdə - Fotolar

Bu il neçə nəfərə Prezident təqaüdü ödənilib?

Bu il neçə nəfərə Prezident təqaüdü ödənilib?

Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

I sinfə qəbul üzrə prioritet məktəb seçimi BAŞLADI

I sinfə qəbul üzrə prioritet məktəb seçimi BAŞLADI

Ərdoğan istədi, Meloni siqareti tərgitdi - Video

Ərdoğan istədi, Meloni siqareti tərgitdi - Video

Piyadaların vurulması ilə nəticələnən qəzaların ANBAAN VİDEOSU

Piyadaların vurulması ilə nəticələnən qəzaların ANBAAN VİDEOSU

Maştağada 62 yaşlı kişini “tok” öldürdü

Maştağada 62 yaşlı kişini “tok” öldürdü

Banklar bu məlumatları sirr kimi SAXLAYIR – Əgər müştərilər bilsələr...

Banklar bu məlumatları sirr kimi SAXLAYIR – Əgər müştərilər bilsələr...

Bakıda 4.7 milyard dollarlıq sazişlər imzalanacaq

Bakıda 4.7 milyard dollarlıq sazişlər imzalanacaq

End of content

No more pages to load

RADİO