İsraildə 44-nəfərin ölümü ilə bağlı mayın 2-si ölkədə milli matəm günü elan edilib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu bununla bağlı video-müraciət ünvanlayıb.
Qeyd edək ki, Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfər ölüb, 50 nəfər yaralanıb.
Bizim.Media