ABŞ-dan QORXUNC ADDIM – "Rusiya daha təhlükəli silahlara əl atacaq"

ABŞ prezidenti Co Bayden Ukraynaya Amerikanın verdiyi silahlardan Rusiyadakı hədəfləri vurmaq üçün istifadə etməyə icazə verib. 

“Vaşinqton Post”matına görə, Kiyev 90 dəqiqəlik telefon danışığından sonra Ağ Evi ABŞ silahları ilə Rusiya ərazisinə cavab zərbələri endirməyə razı salıb. Ukraynanın bu istəyi ABŞ hökuməti tərəfindən müzakirə edilib və mayın 30-da təsdiqlənib. 

"Politico" nəşri də Baydenin Ukraynaya ABŞ istehsalı silahlarla Rusiya ərazisinə zərbə endirməyə "gizli" razılıq verməsi barədə məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri son həftələrdə Rusiya ilə sərhədə yaxın ərazidə gözlənilməz hücumdan sonra Xarkov bölgəsində qələbə qazanıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kreml Baydenin Kiyevin Rusiya Federasiyası ərazisini Amerika silahları ilə vurmasına “icazə” verməsindən xəbərsizdir.

“Biz bilirik ki, ümumiyyətlə, Amerika istehsalı olan silahlarla artıq Rusiya ərazisinə zərbə endirilməyə çalışılır. Bu, ABŞ-nin bu münaqişədə iştirakının dərəcəsini daha açıq-aydın nümayiş etdirir”, - deyə Peskov bildirib.

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə bildirib ki, Amerika Prezidenti Co Bayden Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrin nəticələrinin fərqindədir.

“Bu tələbin bütün nəticələrini başa düşdü və sonra onu təsdiqlədi”, - Kirbi vurğulayıb.

Görünən odur ki, Ukrayna müharibəsi ətrafında vəziyyət getdikcə daha kəskin xarakter almağa başlayır. Baydenin sözügedən razılığından əvvəl Rusiya rəsmiləri bunu NATO-nun müdaxiləsi kimi dəyərləndirəcəyini bəyan etmişdilər. 

Belə vəziyyətdə görəsən savaşın seyri necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Vaşinqtonun verdiyi razılıq Ukraynada gedən müharibənin forma və miqyasını, istifadə olunan silah və texnikanın çeşidini dəyişəcək:

“Müharibənin başladığı ilk vaxtlardan Ukrayna ABŞ istehsalı olan kifayət qədər silahdan istifadə edir. Bu müddət ərzində ABŞ istehsalı olan kifayət qədər silah və sursatla Rusiya ərazisi hədəfə alınıb. Belqorod və Rostov istiqamətində müharibənin ilk vaxtlarında bu silahlardan istifadə edilib. Söhbət əsasən də dronlardan gedir. Bu baxımdan Amerika tərəfinin belə bir açıqlama verməsi bir qədər gülünc doğurur. 

İndiki halda söhbət yəqin ki, taktiki balistik raketlərdən, daha iri çaplı strateji silahlardan gedir. Bu cür silahlardan Ukraynanın cavab zərbəsi adı altında Rusiya ərazisinə qarşı istifadə etməsi təbii ki, Moskva tərəfindən də adekvat qarşılanacaq. Bu isə müharibənin forma və miqyasını, istifadə olunan silah və texnikaların çeşidini dəyişəcək. 
Cavab olaraq, Rusiya tərəfi də daha güclü silahlardan etmək məcburiyyətində qalacaq. Belədə proses daha gərgin fazaya daxil olacaq. Bütün bunlara rəğmən NATO münaqişəyə birbaşa qoşulmayacaq. Bu məsələ ilə bağlı NATO ölkələri daxilində ciddi fikir ayrılığı yaranacaq. Türkiyə, Macarıstan ona qarşı çıxacaq. Bu da həmin strukturun parçalanmasına gətirib çıxaracaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Səsi yoxdur, oxumasın" dediyi Fatimə ilə bir araya gəldi - FOTOLAR

"Səsi yoxdur, oxumasın" dediyi Fatimə ilə bir araya gəldi - FOTOLAR

Jurnalist Mənsur İbrahimli vəfat etdi

Jurnalist Mənsur İbrahimli vəfat etdi

İran-ABŞ danışıqlarının növbəti raundu BU TARİXDƏ keçirilə bilər

İran-ABŞ danışıqlarının növbəti raundu BU TARİXDƏ keçirilə bilər

Göyçayda bıçaqlanma: 19 yaşlı gənc...

Göyçayda bıçaqlanma: 19 yaşlı gənc...

Zelim Tçkayev Avropa çempionatında gümüş medal qazandı

Zelim Tçkayev Avropa çempionatında gümüş medal qazandı

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Azərbaycanlı gənci öldürən yol polisi HƏBS OLUNDU

Azərbaycanlı gənci öldürən yol polisi HƏBS OLUNDU

Bakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"

Bakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"

“Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır” - FOTO

“Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır” - FOTO

Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı

Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı

“Karvan-Yevlax” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Şamaxı”ya qalib gəldi - VİDEO

Paytaxtda yol xətlənməsi sual yaratdı – RƏSMİ AÇIQLAMA - VİDEO

Paytaxtda yol xətlənməsi sual yaratdı – RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda küçələr xüsusi maddələrlə yuyulub - FOTO

Bakıda küçələr xüsusi maddələrlə yuyulub - FOTO

Azərbaycanda itkin düşən 7 nəfər tapıldı

Azərbaycanda itkin düşən 7 nəfər tapıldı

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı

Sağlam görünən TƏLƏ - Bu meyvə gizlicə kökəldə bilər

Sağlam görünən TƏLƏ - Bu meyvə gizlicə kökəldə bilər

Xəzər rayonunda 20 minlik silsilə oğurluq

Xəzər rayonunda 20 minlik silsilə oğurluq

Tramp İspaniya hökumətini tənqid etdi - FOTO

Tramp İspaniya hökumətini tənqid etdi - FOTO

Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Xırdalanda qətl törədən şəxs həbs olundu - ÖZƏL

Xırdalanda qətl törədən şəxs həbs olundu - ÖZƏL

Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Zaqatalada ağacəkmə aksiyası - FOTO

Zaqatalada ağacəkmə aksiyası - FOTO

İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

Bu evlər hər an ÇÖKƏ BİLƏR

Bu evlər hər an ÇÖKƏ BİLƏR

End of content

No more pages to load

RADİO