Moskva məhkəməsi “Crocus City Hall”da törədilən terror aktında ittiham edilən 18 nəfəri həbs edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Basmannı məhkəməsi məlumat yayıb.
Məlumata görə, “Crocus”a hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, habelə silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə bir neçə cinayət işi açılıb.
Bizim.Media