Cask şəhərində baş verən faciəli hadisə nəticəsində hamilə bir qadın və onu xilas etməyə çalışan həyat yoldaşı həyatını itirib.
Bizim.Media xəbər verir ki, “Rokna” xəbər agentliyinin məlumatına görə, qadın naməlum səbəbdən özünü benzinlə yandırıb.
Hadisə zamanı onu xilas etməyə çalışan əri də ağır yanıq xəsarətləri alıb.
Bildirilir ki, qadın hadisə baş verən gün dünyasını dəyişib. Ağır vəziyyətdə Cask şəhərindəki Xatəmül-Ənbiya xəstəxanasına yerləşdirilən həyat yoldaşı isə bir neçə gün davam edən müalicədən sonra vəfat edib.
Bizim.Media