Qərb bölgəsində mövcud olan yağmurlu hava şəraiti bir neçə rayonda problemlər yaradıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarına yağan güclü yağış sonradan doluya çevrilib.
Daşkəsən rayonuna yağan yağış və dolu meyvə ağaclarına və təsərrüfatlara ziyan vurub.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu