Tovuz rayonunda çaydan meyit tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, təxminən 50-60 yaş arasında olan kişinin meyiti Tovuz çayında aşkarlanıb.
Onun şəxsiyyəti müəyyənləşdirilir və ölüm səbəbi araşdırılır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu