Ağdərililərin digər irqlər üzərində üstünlüyünə tərəfdar olan şəxslərdən gələn təhdid ABŞ üçün ən təhlükəlidir.
Bizim.Media xəbər verir ki, bu haqda ABŞ Prezidenti Co Baydenin Konqresin hər iki palatası üzvləri qarşısında etdiyi çıxışın mətnində deyilir.
"Kəşfiyyat xidmətimizin müəyyənləşdirdiklərini görməməzlikdən gəlmirik. Ölkənin ən ölümcül terror təhlükəsi hazırda ağdərililərin üstünlüyündən qaynaqlanan terrordur”. TASS agentliyi Baydenin sözlərindən sitat gətirib.
Eyni zamanda, o, qeyd edib ki, Amerika Birləşmiş Ştatları istənilən təhdidlərə qarşı hazır vəziyyətdə olmalıdır:
“Əl-Qaidə”nin və İŞİD-in varlığı hazırda Yəmən, Suriya, Somali, Afrikanın digər ölkələrində, Orta Şərqdə və digər regionlarda saxlanılır”.
Bizim.Media