İlham Əliyevin Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - FOTO/VİDEO

İlham Əliyevin Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

"Hörmətli Aleksandr Qriqoryeviç. Hörmətli qonaqlar.

Sizi bir daha Azərbaycanda salamlayıram. Çox şadam ki, mənim dəvətimi qəbul etmisiniz və ölkəmizə dövlət səfərinə gəlmisiniz.

Bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər və bildiyimə görə, təmaslar çox səmərəli, müsbət olub. Həlli vacib olan çoxlu məsələlər var. Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir. Məhz gündəlikdə olan məsələlərdən danışılıb. Amma, əlbəttə, nümayəndə heyətlərinin üzvlərinin cavabdeh olduqları məsələlərlə kifayətlənmək olmaz. Belə ki, əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir.

Aleksandr Qriqoryeviç, bir daha Sizi salamlayıram. Sizə dost ölkə olan Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram.

X X X

Prezident Aleksandr Lukaşenko deyib:

"İlham Heydər oğlu, çox sağ olun. 

Həqiqətən bizim bağlı mövzumuz yoxdur. Bizdə hər şey açıqdır. Biz müzakirə aparırıq, hətta kimsə hansısa məsələlər barədə eşidirsə, onlar münasibətlərimizin necə olduğu barədə düşünürlər. Münasibətlər çox səmimi, çox yaxındır, biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Bilirsiniz, Sizə təkbətək görüş zamanı Heydər Əliyev haqqında danışmışdım, kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi. Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir.

Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir.

İlham Heydər oğlu, ona görə də biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər".
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

Bütün emal olunmuş qidalar zərərlidir? - Bəziləri xərçəng riskini azaldır

Bütün emal olunmuş qidalar zərərlidir? - Bəziləri xərçəng riskini azaldır

"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov

"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov

Azərbaycan BMT-də tərksilah mexanizmlərinin əhəmiyyətini VURĞULADI - FOTO

Azərbaycan BMT-də tərksilah mexanizmlərinin əhəmiyyətini VURĞULADI - FOTO

Serbiyanın yeni hakimiyyəti Rusiyaya sanksiyalar TƏTBİQ ETMƏYƏCƏK

Serbiyanın yeni hakimiyyəti Rusiyaya sanksiyalar TƏTBİQ ETMƏYƏCƏK

“Sosial şəbəkələr demokratiyaya zərər vurur” - Makron

“Sosial şəbəkələr demokratiyaya zərər vurur” - Makron

Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı

Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı

Dövlət müəssisələri ilə bağlı YENİ QƏRAR

Dövlət müəssisələri ilə bağlı YENİ QƏRAR

La Liqa matçları TƏXİRƏ SALINDI

La Liqa matçları TƏXİRƏ SALINDI

Nəşi 14 gün neytral zonada qalan 18 yaşlı şəhid Malik Xeyirbəyovun həyat HEKAYƏSİ - VİDEO

Nəşi 14 gün neytral zonada qalan 18 yaşlı şəhid Malik Xeyirbəyovun həyat HEKAYƏSİ - VİDEO

ABŞ 96 saat ərzində İrana qarşı genişmiqyaslı müharibəyə başlaya bilər - İDDİA

ABŞ 96 saat ərzində İrana qarşı genişmiqyaslı müharibəyə başlaya bilər - İDDİA

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Müasir dövrün ən sirli milyarderinin adı AÇIQLANDI

Müasir dövrün ən sirli milyarderinin adı AÇIQLANDI

Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq

Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ - YENİLƏNİB

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ - YENİLƏNİB

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - FOTO

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - FOTO

3 yaşlı uşağın futbol bacarığı problem yaratdı, polis çağırıldı - VİDEO

3 yaşlı uşağın futbol bacarığı problem yaratdı, polis çağırıldı - VİDEO

Axar-Baxar və İlisu milli parkları ilə bağlı YENİ QƏRAR

Axar-Baxar və İlisu milli parkları ilə bağlı YENİ QƏRAR

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi - FOTO

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi - FOTO

End of content

No more pages to load

RADİO